Polimer Materialları İnstitutunda Milli Qurtuluş Gününə həsr olunan iclas keçirilib -Fotolar
Tarix: 14-06-2023 | Saat: 14:04
Bölmə:Özəl / Təhsil | çapa göndər
AİA.Az xəbər verir ki, 14 iyun 2023-cü il tarixində Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Elmi şuranın Milli Qurtuluş Gününə həsr olunan iclası keçirilib. İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdə olan məsələlərlə tanış edib.
Sonra institutun Beynəlxalq əlaqələr və qrant layihələri şöbəsinin müdiri Esmira İmanova çıxış edərək Heydər Əliyevin Azərbaycan xalqının müstəqilliyi, dövlətçiliyimizin inkişafı yolunda göstərdiyi xidmətlərindən danışıb, ölkəmizdə siyasi sabitliyin yaranmasındakı rolundan bəhs edib. O, dahi şəxsiyyətin yenidən hakimiyyətə qayıdışının Milli Qurtuluş Günü kimi tariximizə əbədi həkk olunduğunu, müstəqilliyimizin tarixinə şanlı səhifə kimi yazıldığını qeyd edib.
İclasda gündəlikdə olan digər məsələlər də müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib. Sonda Bəxtiyar Məmmədov Milli Qurtuluş Günü münasibəti ilə alimləri və institutun əməkdaşlarını təbrik edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024