Mobil versiya
İntihar edəcəyini deyən qazi ilə bağlı RƏSMİ AÇIQLAMA
Tarix: 12-06-2023 | Saat: 17:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

İntihar edəcəyini deyən qazi ilə bağlı

Vətən müharibəsi qazisi İlkin Hüseynov ona əlillik dərəcəsi təyin olunmadığına görə intihar edəcəyini bildirib.

aia.az xəbər verir ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, əlilliyin qiymətləndirilməsi ilk növbədə aidiyyəti qurumlar tərəfindən vətəndaşla bağlı müvafiq sənədlər təqdim edildiyi halda həyata keçirilir:

"Hüseynov İlkin Savalan oğluna aid əlilliyin qiymətləndirilməsi ilə bağlı qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən forma-88 sənədi Əlillik altsisteminə daxil edilməyib.

Belə olan halda qiymətləndirilmə aparılması mümkün olmur. Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsinin həkimləri tərəfindən şəxslə bağlı yeni göndəriş rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək", - deyə açıqlamada qeyd olunub. /Unikal.az

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025