Mobil versiya
Enerji təhlükəsizliyi
Tarix: 08-06-2023 | Saat: 16:40
Bölmə:Özəl | çapa göndər

Enerji təhlükəsizliyi

Bu gün Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir .Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Ölkənin təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir.
Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir, ölkənin ümumi daxili məhsulunun, əsas maliyyə – iqtisadi göstəricilərinin formalaşmasında həlledici amil kimi çıxış edir. Odur ki, mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminatlarından birini yaradır. Prezident  İlham Əliyev çıxışında söylədi ki, 320 fərqli şirkət 35 ölkəni təmsil edir və bu da toplam olaraq keçən ilin sərgisi ilə müqayisədə 25-30 faiz artım deməkdir. Budəfəki Bakı Enerji Həftəsi, eyni zamanda, önəmli bir hadisə ilə - Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin yubileyi ilə üst-üstə düşür. Prezident Əliyev 2023-cü ili “Heydər Əliyev İli” elan edib və buna görə də bütün sərgilərdə əlbəttə ki, bu mövzuya ayrıca xüsusi bir diqqət yetiriləcəkdir. Sərgi çərçivəsində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş stendimiz də vardır.Artıq qeyd edildiyi kimi, 30 ildir - 1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. Biz 1994-cü ildə neft strategiyamızın - Ulu Öndər Heydər Əliyevin neft strategiyasının astanasındaydıq. Bu il biz müasir Azərbaycanın yaradıcısı Ulu Öndərin 100 yaşını qeyd edirik. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin il də məhz “Əsrin müqaviləsi” imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və əlbəttə ki, Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu.Biz 30 il ərzində enerji sahəsində uğurlu əməkdaşlıq edirik.
Təcrübə göstərir ki, Azərbaycanın bir çox rayonlarında külək və digər bərpa olunan enerji mənbələrindən istifadə edilməsinin, bu yöndə müasir qurğuların qurulması və tətbiqinin böyük perspektivi vardır. Həmin perspektivi və mövcud imkanları nəzərə alan Azərbaycan hökuməti 2008-ci ildə “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə” xüsusi Dövlət Proqramı qəbul etmiş və hazırda onun reallaşdırılmasına başlamışdır. Hesablamalara görə, Azərbaycan özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Həmin ehtiyat ildə 2,4 milyard kVt/saat elektrik enerjisinə bərabərdir. Bu isə, öz növbəsində, ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə külli miqdarda tullantıların, o cümlədən, atmosfer üçün zərərli maddə olan karbon dioksidin qarşısının alınması deməkdir.Prezident İlham Əliyev söylədi ki, çox fəxr edirəm ki, Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu, çox vacib bir məsələdir.Sonuncu Bakı Enerji Həftəsindən bu günə qədər keçirilən tədbirlərə nəzər salsaq görərik ki, bu gün daha çox Avropa ölkəsi Azərbaycanla əməkdaşlıq edir. Mən sonuncu sərgidən bu yana bir neçə mühüm nailiyyəti qeyd edə bilərəm. İyulda biz Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladıq. Bizim planımız ondan ibarətdir ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artıraq. Bu, olduqca real rəqəmdir. Bizim qaz təchizatımızın dinamikasına nəzər salsaq görərik ki, ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql edəcəyik. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr artıq var, onlardan biri bizim nəhəng “Şahdəniz” yatağımızdır, digər yataq “Abşeron”dur. Ümid edirəm ki, olduqca qısa bir zamanda “Abşeron”dan çox yaxşı xəbərlər alacağıq. Oradan çox qısa bir zamanda ilk qaz alacağımıza dair xəbər gözləyirik.   
Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünya və Avropa bazarlarına çıxarır. Respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilib. Azərbaycan öz enerji problemlərini uğurla həll edib. Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha da böyük uğurlara gətirib çıxaracaqdır. Hazırkı və perspektivləşən vəziyyət qlobal enerji balansında baş verən təkamüllü dəyişikliklərin nəticələrinə işartılı görüntülər gətirir. Bu təbəddülatlar müasir dünya energetikasının yeni inkişaf mərhələsinə daxil olduğunu yəqinləşdirərək, onun həyatımızın sosial-iqtisadi sferasına yönələn təsir effektinin bir daha nəzərdən qaçırılmamasını labüd edir. Yeni konfiqurasiyada artım meyli təhlükəsiz texnologiyalar kontekstində nüvə enerjisinə sarı inamlı istiqamət alır.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024