Mobil versiya
Talıbovların 94 milyonluq bankını kim alıb? - DOSYE
Tarix: 08-06-2023 | Saat: 15:19
Bölmə:Manşet / Gündəm | çapa göndər

Talıbovların 94 milyonluq bankını kim alıb? -

Naxçıvanbank” ASC-nin yeni səhmdarlarının adları açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, hazırda 94 milyon manat nizamnamə kapitalı olan bankın maliyyə hesabatında bildirilir ki, bankın yeni səhmdarları Hüseyn Yaşar oğlu Məmmədov (63,66%), Rüfət Əhədağa oğlu Məmmədov (26,52%) və Binnət Yasin oğlu Novruzovdur (9,82%).

Müşahidə Şurasında yer alan Rüfət Məmmədov və Binnət Novruzov kifayət qədər tanınmış şəxslərdir.

Bank səhmlərinin 26,52%-nə sahib olan Rüfət Məmmədov daha əvvəl ölkənin aparıcı şirkətlərindən olan “Gilan Holdinq”də İdarə heyətinin sədr müavini olub. Daha sonra “Gilan”a bağlı olan “Azər-Maya” ASC-nin İdarə Heyətinə sədr təyin edilib.

R.Məmmədov Azərbaycanın Tibb Universitetində mikrobioloq kimi magistr dərəcəsinə 2007-ci ildə yiyələnib. 2020-ci ildə İsveçrənin Montrö Biznes Məktəbində MBA dərəcəsinə yiyələnib.

O, iş karyerasına yüksəlişə Danimarkanın Bakıdakı pivə istehsal edən törəmə şirkəti “Carlsberg Azerbaijan” şirkətində 2010-cu ildə direktor müavini kimi yiyələnib. İki il sonra, yəni 2012-ci ilin sentyabrında zavod direktoru təyin edilib.

Üç il sonra (2015-ci il sentyabr) “Gilan Holdinq”ə Əməliyyat direktoru kimi gəlmiş, 2016-cı ilin noyabrından 2020-ci ilin sentyabrına qədər isə həmin holdinqdə İdarə Heyəti sədrinin 1-ci müavini olub.

“Naxçıvanbank” ASC-nin səhmlərinin 9,82%-nə sahib olan Binnət Novruzov isə əvvəllər “Rabitəbank” ASC-də baş direktor olub.

Eyni zamanda bankın Müşahidə Şurasının sədri olan Binnət Novruzov 1981-ci ildə anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.

2007-2008-ci illərdə “Unibank” ASC-də, 2009-2010-cu illərdə “Bank of Baku” ASC-də çalışıb. 2016-2021-cı illərdə “Rabitəbank” ASC-də baş direktor olub.
Binnət Novruzov 2021-2022-ci illərdə Dubayda (BƏƏ) fəaliyyət göstərən “SOCAR Overseas Ltd” şirkətində direktor müavini olub.

“Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının yeni sədri hazırda İngiltərnin Mançester Universitetində magistr təhsili alır.

Onu da xatırladaq ki, Binnət Novruzov 2016-2021-cı illərdə baş direktor olduğu “Rabitəbank” ASC-nin əsas səhmdarı Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin kürəkəni (qızının həyat yoldaşı) Rauf Zeynal oğlu Əliyevdir.

1992-ci il təvəllüdlü Rauf Əliyev hazırda “Rabitəbank” ASC-nin Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır. Bank səhmlərinin 40,6%-i Rauf Əliyevə məxsusdur.

“Naxçıvanbank” ASC-nin əsas səhmdarı olan Hüseyn Məmmədov kim olması haqqında məlumat yoxdur. Bu şəxs ictimaiyyət arasında tanınan biri deyil. Hüseyn Məmmədov bankın digər 2 səhmdarından fərqli olaraq Müşahidə Şurasında da təmsil olunmur.

Qeyd edək ki, 2008-ci ildən dövlət qeydiyyatına alındıqdan sonra “Naxçıvanbank” ASC səhmdarları haqqında məlumatları açıqlamayıb.

15 ildən sonra - 2022-ci il üçün açıqlanan maliyyə hesabatında bank səhmlərinin 63,66%-nin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Rza Talıbova, 20,48%-nin Talıbovun digər oğlu Seymur Talıbova, 9,82%-nin qızı Baharxanım Talıbovaya, 6,04%-i isə həyat yoldaşı Sevil Sultanovaya məxsus olduğu qeyd olunub.

Açıqlanan maliyyə hesabatında, həmçinin qeyd olunub ki, bu ilin fevral ayının 1-də Talıbovun ailə üzvləri “Naxçıvanbank” ASC-dəki səhmləri satıblar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-10-2024