Mobil versiya
Xankəndiyə gəlmək istəyən erməni hərbçi “Laçın” sərhəd-buraxılış məntəqəsindən geri qaytarıldı
Tarix: 07-06-2023 | Saat: 15:42
Bölmə:Manşet / Gündəm | çapa göndər

Xankəndiyə gəlmək istəyən erməni hərbçi “Laçın” sərhəd-buraxılış məntəqəsindən geri qaytarıldı

Ermənistandan Xankəndiyə gəlmək istəyən şəxs “Laçın” sərhəd-buraxılış məntəqəsində sərhədçilərimiz tərəfindən saxlanılıb və ona Azərbaycan ərazisinə daxil olmağa icazə verilməyib.

Bu barədə Ermənistan mətbuatı xəbər verib.

Qeyd olunur ki, hadisə ötən gün qeydə alınıb.

Belə ki, mülki geyimli şəxs məhz hərbçi olduğuna görə sərhəd-buraxılış məntəqəsindən keçməsinə qadağa qoyulub.
Ermənistan mətbuatı isə baş verən bu hadisəni belə qiymətləndirib:

“Bu hadisə onu deməyə əsas verir ki, azərbaycanlılar sərhəddən keçmək istəyən istənilən şəxsin kimliyini müəyyən edə bilirlər, onların müvafiq məlumat bazası var. Üstəlik bu hadisə Rusiya sülhməramlıları və Rusiya faktorunun Qarabağda hər hansı rol oynamadığını təsdiq edir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-10-2024