Mobil versiya
ELM FƏDAİSİ-MƏHƏBBƏT MİRZƏLİYEVA
Tarix: 27-07-2016 | Saat: 15:23
Bölmə:Seçilənlər-5 | çapa göndər



Elmlə çox adam məşğul ola bilər. Kimisə elmi özündə saxlayar xəsisliklə və ya xəbisliklə gizlədər, ətrafına kölgə salmaz. Kimisə isə onu məhəbbətlə, şəfqətlə paylayar, payladıqca ətrafına isıq sacar. Bülə şəxsiyyətlərdən biri də Məhəbbət xanım Mirzəliyeva idi. Ömrünün 40 ilini Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna həsr etmiş, sözun əsl mənasında fəda etmiş bu nurlu xanım o qədər tekənməz qayğıya malik idi ki, ətrafına, işığına gənclər yiğişdıqca bu nur daha da artırdı. Mənimçün o düzlüyün, səmimiliyin, mübarizliyin simvolu idi.

Məhəbbət xanım nəinki gözəl insan, eyni zamanda gözəl alim idi. Onunçün əsas amal, qayə hər il bir kitab çap edərək avtobioqrafiyasını genişləndirmək deyildi, gənclərə əl tutub, onları dəstəkləyib, ruhlandırmaq, dilçilik elminin sabahkı bünövrəsini qoymaq idi. Məhəbbət xanim sona kimi ozu ucun yaşamadı, son nəfəsində belə ona ehtiyacı olan yaxınlarını, dostlarını ən əsası gəncləri və ona əmanət olunmuş əlyazmaları düşünürdü.

Vəfalı, etibarli idi cox. Həm bu dünyada olan dostlarına qarşı, həm də vəfat etmiş məsləkdaşlarına qarşı. Elmi rəhbəri Vafiq Aslanovun əlyazmalarını 3 cildlik kitab şəklində nəsr etdirmiş, kitablarından şöbəsində guşə düzəltmişdi. Hələ heç ölümündən 1 il ötməyən Etibar Inancı demirəm, onun əlyazmaları da Məhəbbət xanımın baş ucunda idi. Planları var idi.

Qayğıkeş idi. Əgər yanında fikirli durardınsa mütləq onun səbəbini öyrənər ya məsləhət vərər, ya da əlindən gələn nəyisə edərdi. Yan keçməzdi. Əgər yanına hansısa elmi fikirlə gədib məsləhət istəyərdinsə, mütləq otaqdan çıxanda ya əlində geniş kitab siyahısı olardı, ya da onun hədiyyə etdiyi kitablar. Hərdən mənə elə gəlirdi ki, onun enerjisi tükənmir, axı insan durmadan necə hər şeyi çatdırmağa çalışar və ya hər kəsə necə qayğıdan, enerjisindən, gücündən paylayar?! Sonda anladım... Özünə saxlamadı...

Həyatsəvər, şən idi. Səsində nə qədər hökm var idisə, bir o qədər pozitiv idi. Təslim olmaq onun xaraktərinə zidd idi. Mübariz idi, meydanda tək qaldığı vaxtlar belə yenə mübariz idi! Özünə görə yox, amalına, qayəsinə xəyanət etmədi. Etməzdi də.

Mənimçün onun haqqında keçmişdə danışmaq həddən ziyadə agırdır. İlk dəfə magistraturada oxuyarkən məqalə çapı ilə başlayan tanışlığımız sonradan AMEA-nin Nəsimi adına Dilçilik İnstitutunun doktorantura şöbəsinə sənəd verməyimlə və üstündə 3 il sonra Akademiyada şəxsən Məhəbbət xanımın dəstəyi ilə elmi işçi vəzifəsini qazanmağımla nəticələndi. Mənim dünənimdə, bu günümdə, sabahımda onun haqqı, zəhmətı, qayğısı var.

Yoxluğu elə ani oldu ki... O qədər əyilməz, sınmaz idi ki, onun yoxluğu adamın ağlına, təsəvvürünə gəlməzdi. İndi bunun reallığı ilə barışmaq ona inanmaqdan daha çətindir. Nur icində yat, əziz Məhəbbət xanim.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024