Mobil versiya
Vətəndaş Polisə bıçaqla hücum etdi
Tarix: 07-06-2023 | Saat: 13:58
Bölmə:Özəl | çapa göndər

Vətəndaş Polisə bıçaqla hücum etdi

Əvvəlcə iş yerində dönər bıçağı ilə bir şəxsə hücum edən, daha sonra onu nəzarətə almaq istəyən polisə hücum etməyə çalışan Kənan Karataş polis əməkdaşlarının havaya atəş açması və bibər qazı ilə müdaxiləsi nəticəsində zərərsizləşdirilib. Nəzarətə alınan şübhəli edildiyi məhkəmədə tutularaq həbsxanaya göndərilib.

Hadisə İzmirin Bayraklı rayonunda, ötən gün saat 01:00 radələrində Əkrəm Akurgal küçəsi Sevgi Yolu yaxınlığındakı çörək sexində hadisə baş verib.

İddiaya görə, Kənan Karataş yanındakı dönər bıçağı ilə çörək məhsulları satılan iş yerinə girərək orada olan şəxsə hücum edib.

Hadisəni görən qonşular polisə xəbər veriblər. Xəbər üzərinə bölgəyə ggəln polis əməkdaşları hadisə yerindən qaçan Kənan Karataşı tutmaq üçün əməliyyata başlayıb.

O, dönər bıçağı ilə Polis əməkdaşlarına hücum edib.

Polis əməkdaşlarının gördüyü işlər nəticəsində şübhəlinin taksi dayanacağında olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən həbs edilən Karataş əlindəki dönər bıçağını buraxmayaraq müqavimət göstərməyə çalışıb. Karataş əlindəki dönər bıçağı ilə polisə doğru gedərkən Polislər tərəfindən havaya atəş açılıb.

Dönər bıçağını israrla buraxmayan şübhəli bibər qazı ilə müdaxilə nəticəsində zərərsizləşdirilib. Saxlanılan Karataş Bayraklı Rayon Polis Şöbəsinə aparılıb.


Kənan Karataş məhkəmədə həbs edilərək həbsxanaya göndərilib.

AİA.Az
Sübhan Məmmədov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024