Mobil versiya
Hindistanda tikilməkdə olan körpü ikinci dəfə uçub
Tarix: 06-06-2023 | Saat: 21:48
Bölmə:Özəl | çapa göndər

Hindistanda tikilməkdə olan körpü ikinci dəfə uçub

Hindistanın Bihar əyalətinin Bhaqalpur şəhərində tikintisi davam edən körpü ikinci dəfə dağılıb. Körpünün uçması ətrafdakılar tərəfindən lentə alınarkən, ortada çökən körpünün tamamilə su altında qaldığı görülüb.

Burhi Qandak çayı üzərindəki Aquwani-Sultanganc körpüsünün çökmə anı yerli sakinlər tərəfindən lentə alınıb.

Hadisə şahidlərinin videolarında ortada uçan körpünün tamamilə su altında qaldığı görünür. İlkin araşdırmalara görə, Bhaqalpur şəhərində 206 metr uzunluğundakı körpünün çatlar əmələ gəlməsi səbəbindən çökdüyü güman edilir. Hadisə zamanı itkilər barədə məlumat verilməyib. Hindustan Times qəzetinin xəbərinə görə, əyalətin baş naziri Nitiş Kumar hadisəyə görə məsuliyyət daşıyanların müəyyən edilməsini istədiyini bildirib.

Qeyd edək ki, Tikintisi davam edən körpü 30 aprel 2022-ci ildə oxşar səbəblərdən uçub.

AİA.Az
Sübhan Məmmədov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024