Mobil versiya
Ətin qiyməti qalxıb?
Tarix: 27-07-2016 | Saat: 15:12
Bölmə:İqtisadiyyat | çapa göndər



Son günlər Bakıda ətin qiymətinin bahalaşması ilə bağlı məlumatlar yayılıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevbununla bağlı azvision.az -a açıqlamasında bildirib ki, ətin qiymətində ciddi bahalaşma müşahidə edilmir.

“Mal əti hər yerdə 7-8 manata, quzu əti isə 8-9 manata alıcılara təklif olunur”, – deyə nazirlik rəsmisi vurğulayıb.

M.Hacıyevn sözlərinə görə, ətin qiymətində cuzi artım ola bilər. Bu da bazarda tələb və təkliflə bağlıdır: “Amma bizə rəsmi şəkildə ətin qiymətinin artması haqqında məlumat daxil olmayıb. Bir daha qeyd edirəm ki, mövsümlə və tələb-təkliflə bağlı olaraq bazarlarda ətin qiymətində cüzi qiymət artımı ola bilər. Məsələn, biz bunu yumurtanın qiymətində də hiss edirik. 16 qəpiyə satılan yumurta bir ara 9 qəpiyə qədər düşmüşdü”.

M.Hacıyev qeyd edib ki, ətin qiymətinin qalxmasına yem məhsullarının bahalaşmasının heç bir təsiri yoxdur.

Qeyd edək ki, sakinlərin bildirdiyinə görə, ətin qiymətində 50 qəpik – 1 manat arası bahalaşma hiss olunur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə