Mobil versiya
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov və Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev arasında görüş baş tutub -Foto
Tarix: 06-06-2023 | Saat: 17:28
Bölmə:Manşet / Özəl | çapa göndər

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov və Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev arasında görüş baş tutub

AİA.Az xəbər verir ki, 5 iyun 2023-cü ildə Azərbaycan Respublikası elm və təhsil naziri cənab Emin Əmrullayevlə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov arasında görüş baş tutub.
Görüşü giriş sözü ilə açan Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev Milli Cəmiyyətin prezidenti Novruz Aslanovla görüşündən məmnun olduğunu bildirib, ölkədə yeganə qocaman humanitar təşkilatın fəaliyyətini və Elm və Təhsil Nazirliyi arasında olan əməkdaşlığın inkişaf etməsini müsbət qiymətləndirib. Eyni zamanda, cənab Novruz Aslanov təhsil naziri Emin Əmrullayevə görüşün təşkili üçün təşəkkür edib, AzQAC ilə Elm və Təhsil Naziriliyi arasında 4 dekabr 2014-cü il tarixli anlaşma memorandumunun mövcud olduğunu qeyd edərək, hər iki qurum arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib və gələcəkdə bu memorandumun təkmilləşərək, daha da inkişaf edəcəyini qeyd edib. Həmçinin, dövlət ali təhsil müəssisələrinin tələbələri üçün AzQAC-da müvafiq istehsalat təcrübəsinin təşkilinin təmin edilməsi, təhsil ocaqlarında yol hərəkəti qaydaları, yol təhlükəsizliyi üzrə təbliğatın təşkil olunduğu vurğulanıb. Daha sonra cənab Novruz Aslanov AzQAC-ın 100 illiyinə həsr olunmuş yubiley xatirə medalını cənab Emin Əmrullayevə təqdim edib.
Sonda xatirə şəkili çəkilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024