Uzaqgörən siyasətin nəticəsi
Tarix: 06-06-2023 | Saat: 11:33
Bölmə:Özəl | çapa göndər
Ulu Öndər Heydər Əliyevin böyük səyləri nəticəsində imzalanan, tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanmasından bizləri ayıran 29 ilə yaxın dövrün reallıqlarına diqqət yetirsək belə bir fikri böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu müqavilə Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı. Bu sazişin imzalanmasından öncə Azərbaycanın enerji sektorunda malik olduğu imkanların beynəlxalq aləmə çatdırılmasında əhəmiyyyətli rol oynayan Xəzər Neft-Qaz sərgisi keçirildi. Atılan bu addımlar Azərbaycanın hansı iqtisadi imkanlara malik olduğunu nümayiş etdirdi. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, eyni zamanda, 2020-ci ilın sonunda Cənub Qaz Dəhlizi layihəsinin tam tərkibdə istifadəyə verilməsi ölkəmizin qarşısında daha geniş imkanlar yaratdı. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, tarixi Zəfərimizdən sonra Azərbaycanın digər sahələrdə olduğu kimi, enerji sektorunda da qazandığı uğurlar, Azərbaycanın Avropa üçün önəminin artması və sair kimi əhəmiyyətli məqamlar diqqətdən kənarda qalmır. Reallıq budur ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir. Dövlət başçısı İlham Əliyev 28-ci Xəzər Neft və Qaz Sərgisinin açılışında sərgidən-sərgiyə enerji sektorunda sadalanacaq uğurların olduğunu xüsusi qeyd edərək ötən bir ilin nailiyyətləri fonunda qarşıda dayanan hədəfləri də açıqladı. “Əlbəttə, görüləcək işlər çoxdur, TANAP genişlənməlidir, TAP genişlənməlidir. Bizim digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır və Balkanlarda belə bir çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır” söyləyən cənab İlham Əliyev əlavə olaraq onu da bildirdi ki, bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir. Çünki burada böyük sərmayə qoymalıyıq. Ona görə əmin olmalıyıq ki, hasil etdiyimiz əlavə qazın, planlaşdırmadığımız həcmlərin real alıcısı olacaq: “Ona görə də biz bu komanda işini davam etdirməliyik. Dediyim kimi, Cənub Qaz Dəhlizi layihəsi artıq başa çatsa da, Məşvərət Şurasının işi hər il fevral ayında Bakıda davam edir. Növbəti toplantı üzümüzə gələn fevral ayında Bakıda keçiriləcəkdir. Çünki artıq yeni iştirakçılarımız var, yeni ideyalarımız var, planlarımız var. Biz bunları reallaşdırdıqca, bütün işlərimiz uğurla gedəcəkdir.” Prezident İlham Əliyev çıxışlarında Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının ölkəmizə qazandırdığı uğurları önə çəkərək bildirir ki, biz bütün imkanlardan istifadə edib daim irəliyə baxmalıyıq. Hər bir sahə üzrə proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi gələcək uğurlara böyük yol açır. Bir sözlə, bu günün reallıqları Ulu Öndər Heydər Əliyevin vaxtilə söylədiyi “Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmləndirilməsi üçün gözəl imkan yaradacaq” fikrini təsdiqləyir. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün, həmçinin qaz, elektrik enerjisi ixracatçısı kimi tanınır.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər