Rusiya Ukraynada bəndi vurdu: Sel xəbərdarlığı edildi
Tarix: 06-06-2023 | Saat: 11:17
Bölmə:Özəl | çapa göndər
Ukrayna rəsmiləri Rusiya qüvvələrinin Nova Kaxova bəndini vurduğunu iddia edib. Bənd ətrafında yaşayanların təxliyəsi üçün çağırış edilərkən, daşqın xəbərdarlığı da edilib. İnsidentdən sonra Ukrayna Prezidenti Zelenski, Ukrayna Xarici İşlər Naziri və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası təcili olaraq görüşəcək.
AİA.Az xəbər verir ki, Ukrayna Prezidenti Zelenski Sosial mediada hesabında paylaşıdığı videoda “Rusiya terrorçular adlandırdı. Kaxovka SES bəndinin uçması bütün dünya üçün təsdiq edir ki, onlar Ukrayna ərazisinin hər yerindən qovulmalıdırlar. Bir metr belə qalmamalıdır. Onlara, çünki terror üçün hər bir metrdən istifadə edirlər. Təhlükəsizliyi bərpa edəcək yalnız Ukraynanın qələbəsidir. Bu qələbə də gələcək. Terrorçular Ukraynanı nə su ilə, nə raketlə nədə başqa bir şeylə dayandıra bilməyəcəklər”. dedi.
Ukrayna rəsmiləri Rusiya qüvvələrinin Dnepr çayı ətrafındakı sakinləri təxliyə etməyə çağıraraq Nova Kaxova bəndini vurduğunu bildirib.
Ukrayna Daxili İşlər Nazirliyindən verilən açıqlamada çayın sağ sahilində və Xerson şəhərinin bəzi yerlərində yerləşən 10 kəndin sakinlərindən lazımi əşyalarını götürərək evi tərk etmələri istənilib.
Xerson Regional Hərbi Administrasiyasının rəhbəri Oleksandr Prokudin səhər saatlarında Telegram-da paylaşdığı videoda “Rusiya ordusu daha bir terror aktı həyata keçirib, su 5 saat ərzində kritik səviyyəyə çata bilər” deyib.
AİA.Az
Sübhan Məmmədov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər