Azərbaycan beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir
Tarix: 06-06-2023 | Saat: 09:34
Bölmə:Özəl | çapa göndər
Ölkəmizin iqtisadi, siyasi qüdrəti, beynəlxalq mövqeyi qlobal layihələrdə iştirakı ilə daha da güclənir. Cənab Prezident İlham Əliyevin mükəmməl xarici siyasət kursu birbaşa dövlətimizin inkişafına, ərazi bütövlüyümüzün təminatına, suverenliyimizin güclənməsinə, geopolitik mövqeyimizin yüksəlməsinə xidmət edir. Bakı Ekspo Mərkəzində Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı ilə Azərbaycanın iqtisadi qüdrətini dünyaya nümayiş etdirən cənab Prezident İlham Əliyev Kişineuda “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısına qatılması ilə bir daha beynəlxalq diqqəti ölkəmizi cəlb etdi. Çünki hər üç mühüm beynəlxalq tədbirdə Azərbaycan aparıcı və xüsusi mövqeyə sahib dövlət statusunda çıxış edirdi. Siyasi dialoq, əməkdaşlıq, bununla yanaşı, qitənin təhlükəsizliyinin, sabitliyinin təmin olunması baxımından nüfuzlu platforma rolunu oynayan “Avropa siyasi birliyi”nin Zirvə toplantısında ölkəmizin ikinci dəfə təmsil olunması cənab Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun göstəricisi, qlobal liderlik keyfiyyətlərinin təsdiqi idi. Bu gün Azərbaycan yalnız özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. 1994-cü ildə ilk dəfə neft və qaz sərgisinin keçirilməsi sonrakı dövrlər üçün bir başlanğıc oldu. Həmin il “Əsrin müqaviləsi”nin imzalanması da bu başlanğıcın zəruri davamı idi. Azərbaycan qaz təchizatı və ya onun artırılması ilə bağlı 10-dan artıq Avropa ölkəsindən müraciət alıb. Bu kimi məsələlərə görə də Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Neft və qaz boru kəmərlərinin inşası ilə Avropanın enerji xəritəsini artıq dəyişmişik. Bundan sonra yaşıl enerjini təmin edəcək elektrik xətləri də gündəmdədir.
Cənab Prezident İlham Əliyev mayın 31-də 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında çıxışı zamanı bir sıra vacib məqamlara toxundu və sərgilərin dövlətlərarası münasibətlərə, iqtisadi və siyasi əlaqələrə yeni yanaşmaların mahiyyətini vurğuladı. Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir. Bu tədbir qlobal əhəmiyyətə malikdir. Azərbaycan paytaxtı artıq bir müddətdir ki, nüfuzlu tədbirlərin təşkil edildiyi, mühüm qərarların və əməkdaşlıq məsələlərinin müzakirə edildiyi məkana çevrilib. Bu gün Azərbaycan yalnız özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu baxımdan da sərgilərin böyük əhəmiyyəti vardır. Ölkəmizin iqtisadiyyatının, neft-qaz potensialının inkişaf etdirilməsi, dünyada tanıdılması, Avropanın təhlükəsizliyində rolunun artırılması baxımından da bu sərginin əhəmiyyəti böyükdür. Artıq bu cür sərgilərin keçirilməsi ölkəmizdə davamlı bir xarakter alıbdır və düşünürəm ki, bu cür tədbirləri keçirməklə Azərbaycan bu sahəyə öz tövhəsini vermiş olur. Artıq Azərbaycan dünyada neft-qaz ölkəsi kimi yaxından tanınır və bu baxımdan qarşımıza qoyduğumuz məqsədlərə nail olmaq üçün belə addımların atılması da önəmlidir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi uğurlu enerji siyasəti Azərbaycanın bu sahədə dünyada getdikcə daha qabaqcıl mövqelərə sahib olmasını şərtləndirir. Azərbaycan hazırda nəhəng enerji infrastrukturu yaratmaqla, Avrasiya məkanının enerji xəritəsini dəyişdirib.
Ölkəmizin artan nüfuzu Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin də əhəmiyyətinin getdikcə artmasına səbəb olur. Mayın 31-də paytaxtımızda start götürmüş Bakı Enerji Həftəsi də bu gün artıq təkcə regionda deyil, eləcə də bütün dünyada enerji sahəsində ən önəmli beynəlxalq platformalardan biri sayılır. Biz özümüzü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edirik. Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın, əslində lider, aparıcı ölkə olsun. Mən çox şadam ki, yenilənən enerji ilə bağlı şirkətlər bu gün burada olduqca böyük çoxluq təşkil edir. Əminəm ki, illər keçdikcə bu şirkətlərin sayı artacaq. Yəni, biz tərəfdaşlarımızla birlikdə neft kəmərləri inşa etdik, neft yataqlarına sərmayə qoyduq, daha sonra qaz infrastrukturu inşa etdik. Son proseslər Azərbaycanın geopolitik mövqelərinin gücləndiyini və dövlətimizin maraqları ilə hər kəsin hesablaşdığını bir daha göstərir.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aqşin Əliyev
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər