6 iyun Adil Qeybiyevin doğum günüdür
Tarix: 06-06-2023 | Saat: 09:28
Bölmə:Özəl | çapa göndər
Vətən sevgisinin ilahi gücü
Astara rayonu, Səncərədi kəndindən olan Arif İsmayıl oğlu Qeybiyevin torpaq sevgisi, vətən məhəbbəti Uca Tanrıdan gəlirdi. Bu vətən övladının ürəyi qurub-yaratmaq, cəmiyyətdə yenilik həvəsi ilə çırpınırdı. Yaxşılıq gözündə ucala-ucala ömrünü yaşayırdı Arif. Artıq orta məktəbi bitirəndə yaxşı idmançı kimi də tanınırdı. Dəfələrlə idmanın atletika növü üzrə rayon, respublika yarışların birincisi olmuşdu. Astara Pedaqoji Kollecinin “İdman fakültəsi” ni bitirəndə beynəlxalq yarışlarda da respublikamızı layiqincə təmsil etmişdi. 2015-ci ildə keçirilən Avropa yarışları Arifin həyatında daha əlamətdar səhifələr aşır. Rayonda yarışların məşəlini o, yandırır.
2016-ci ildə Arif həqiqi hərbi xidmətə çağırılır, Bakıda Daxili Qoşunlarda xidmətə başlayır. İlk gündən Arif olduqca cəsur, yüksək nizam-intizamlı bir vətən övladı kimi hərbi hissədə tanınır, sevilir. Doğma Azərbaycana olan oğulluq borcunu ləyaqətlə, mərdliklə yerinə yetirir. Bir müddət keçəndən sonra Arif Naxçıvan Muxtar Respublikasının Xüsusi Təyinatlı Qüvvələrinə gedir. Burada da vətəninin müqəddəsliyini canından əziz tutur, onun şərəfini qorumaq üçün hər an yolunda qurban getməyə hazır olur, erməni dığalarına qarşı nifrəti daha da alovlanır. Məqsədi, amalı müqəddəs Qarabağ torpaqlarını dığalardan təmizləmək olan Arif həyatını artıq tam hərbiyə bağlayır. Və Ağcabədi rayonu, Yeni Qaradolaq kəndindəki hərbi hissəsində tankçı MAXE olaraq işləməyə başlayır. Namuslu, vicdanlı xidməti adəti üzrə yenə də Arifə sonsuz sevgi qazandırır.
Günlər, aylar ötür, Qarabağ torpaqlarını işğal etmiş erməni cəlladlardan qisas almaq məqamı gəlir. Arif vətəni öz canı bahasına qoruyan oğulların sırasında doğma yurdunun hər qarışının azadlığı uğrunda özünü odun, alovun içinə atır, cəsarət göstərir, düşmənin qat-qat artıq qüvvəsini mərdliklə məhv edir. Dığalar itki verib məğlub durumda Azərbaycan torpaqlardan qaçmağa başlayır. Füzuli döyüşlərində vətən naminə ölümün gözünə dik baxan igid Arif düşmənə sözün əsl mənasında qan uddurur. Öldürdüyü dığaların sayı bilinmir. Vətənə olan məhəbbətini döyüş meydanında son nəfəsinədək qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlməklə sübut edir. Elə bu hünərə, qeyrətə görə adı tarixin səhifələrinə qızıl hərflə yazılmaqla Astara torpağında dünyaya göz açan Arifin keçdiyi 23 illik ömür yolu Azərbaycan kimi qüdrətli bir ölkədə əbədi ürəklərə köçməklə örnək olur.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən A. Qeybiyev ölümündən sonra “ Vətən uğrunda”, “Cəsur döyüşçü” eləcə Füzulinin, Xocavəndin azadlığına görə” medalları ilə təltif edilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər