Azərbaycan-İsrail əlaqələri çox yüksək səviyyədə və uğurla inkişaf edir
Tarix: 05-06-2023 | Saat: 16:55
Bölmə:Özəl | çapa göndər
Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla İsrail arasındakı əlaqələr də yüksələn xətlə inkişaf edir. İsrail-Azərbaycan münasibətləri strateji xarakter daşıyır. Dövlətlərarası, siyasi və hərbi-texniki tərəfdaşlıq isə, ən yüksək səviyyədədir. Azərbaycan Cənubi Qafqazda İsrailin strateji tərəfdaşıdır və Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri də, məhz, İsrail olub. Ölkələrimiz arasında sıx, etibarlı və hər iki tərəf üçün faydalı əməkdaşlıq mövcuddur. Xalqlarımız ümumi tarixlə, dini əlaqələrlə, mədəniyyət və musiqi ilə, eləcə də, tolerantlıqla bir-birinə bağlıdırlar. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində Azərbaycan ilə İsrail arasında enerji, müdafiə, milli təhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və s. sahələrdə sıx əməkdaşlıq prosesi uğurla davam edir. Azərbaycanda çoxsayda İsrail şirkətləri fəaliyyət göstərir. Son zamanlar iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə dövlət başçılarının görüşləri daha da təkan verib. İsrail dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycan səfəri bu əlaqələrin möhkəmliyinə xidmət edir. Dövlət başçımız bildirib ki, İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması faktı əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq. Azərbaycanın sülhpərvər və iqtisadi əlaqələrin inkişafına yönəlmiş xarici siyasət kursunun əsasını bu prinsiplərə zidd olmayan bütün dövlətlər, o cümlədən beynəlxalq təşkilatlarla əməkdaşlıq təşkil edir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən mükəmməl diplomatik gedişlər, geopolitik siyasət ölkəmizin regionda xoşniyyətli bütün dövlətlərlə ən yüksək dostluq münasibətlərinin qurulmasını təmin edib. Uzun illər boyu torpaqlarımızın işğal altında olduğu dövrdə Azərbaycanın haqlı mövqeyini müdafiə edən, Zəfər savaşı və ondan sonrakı dönəmdə ölkəmizin yanında olan dövlətlər bu baxımdan, şübhəsiz ki, ön sırada yer alır. Xüsusi vurğulamaq lazımdır ki, dövlət müstəqilliyimizin elan olunmasından bugünədək qarşılıqlı münasibətlərdə heç bir problem olmayan, əksinə, hər zaman yüksələn xətt üzrə inkişaf edən ölkələrdən biri də İsrail Dövlətidir. İkinci dəfə tarixi müstəqilliyini qazanmış Azərbaycan İsrail Dövləti ilə 1992-ci ildən etibarən sıx əməkdaşlıq edir. Ümumiyyətlə, Azərbaycan- İsrail münasibətləri iqtisadi, siyasi və geosiyasi anlamda əməkdaşlığın ən uğurlu modelidir. Bu uğurlu dövlətlərarası münasibətlərin fövqündə həm də xalqlararası tarixi köklərə söykənən əlaqələr dayanır. Tolerantlığın, multikultural dəyərlərin mərkəzi kimi qəbul edilən Azərbaycanda digər xalqlar kimi yəhudilərin də rahatlığı, təhlükəsizliyi və mədəni müxtəlifliyinin qorunması dövlət siyasətimizin təməl prinsiplərindən biridir. Əlbəttə, bu amil ölkəmizdə yaşayan digər xalqlar kimi, yəhudilər tərəfindən də məmnunluq doğurur. Şübhəsiz, iki ölkə arasında mövcud müsbət əlaqələrin mərkəzində məhz bu faktor əsas rol oynayır. Prezident İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycanda yaşayan yəhudi icmasının ikitərəfli münasibətlərin inkişafındakı rolu böyükdür. Bu baxımdan İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri iki dövlət arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı sayıla bilər.
Azərbaycan və İsrail dövlətlərinin rəhbərləri iki ölkənin daha da yaxınlaşmasını hədəfləyən qərarlar verərkən hər iki ölkənin cəmiyyətlərinin istəyinə əsaslanırlar. Çünki xalqlarımızın münasibəti səmimi dostluq və qardaşlıq üzərində qurulub. Yəhudi xalqı tarixən olduğu kimi bundan sonra da Azərbaycan xalqının və dövlətinin yanında olacaq. Hər hansı bir kənar qüvvə xalqlarımızın bu dostluğunu və qardaşlığını poza bilməz və bu münasibətlər daha da yüksək olacaq. Azərbaycanın İsraillə münasibətləri, eyni zamanda, tolerantlığın siyasi nümunəsi kimi də yüksək dəyərə malikdir. Bu model bütün müsəlman dövlətləri üçün nümunə kimi qəbul edilə bilər. Bu çağırışlar bu gün dünyada baş verən bir sıra gərginliklərin həll edilməsində mühüm amil ola bilər. Bir sözlə, dost ölkə başçısının səfəri mövcud geosiyasi münasibətlər sistemində örnək ola biləcək İsrail-Azərbaycan əməkdaşlığının çoxtərəfli və səmimi inkişafına yeni zəmin yaratmış oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin keçirilən görüşlərdə və açıqlamalarında ifadə etdiyi qəti mövqe onu göstərdi ki, hər iki dövlət arasında xalqların tarixi əlaqələri əsasında formalaşmış müttəfiqlik və dostluq münasibətləri heç bir qüvvə tərəfindən pozula bilməz.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Sevinc Əhədova
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər