Mobil versiya
Gözəl gənc nəsil yetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil
Tarix: 02-06-2023 | Saat: 17:44
Bölmə:Özəl | çapa göndər

Gözəl gənc nəsil yetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil

28 may tarixi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazıldı. 28 may tarixini xalqımız ikiqat bayram etdi. Azərbaycan Xalq Cümhuriyyətinin, müstəqillik tarixinin 105-ci ilini arxada qoyan xalqımız bu ili, tarixi qürur və fəxrlə qeyd etdi. 28 May - Müstəqillik Gününün və uzun həsrətdən sonra doğma Laçına qayıdan soydaşlarımızın sevinci üst-üstə düşdü. Cari ilin 28 may tarixi Prezident İlham Əliyevin Laçın şəhərinə səfəri və laçınlılarla görüşdəki çıxışı ilə yadda qaldı.Dövlət başçısının vurğuladığı kimi, Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan ayağa qalxa bildi, Azərbaycan inkişaf yoluna qədəm qoya bildi, vətəndaş müharibəsinə son qoyuldu. 1993-cü ilin oktyabr ayından Ulu Öndər prezident vəzifəsinə seçiləndən sonra bu günə qədər Azərbaycan sabitlik məkanı kimi, dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib.Ölkə rəhbəri qeyd etdi ki, bütün dünya ictimaiyyəti yaxşı bilir ki, Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə çıxmaq istəmirdi, işğal edilmiş torpaqlardan çıxmaq istəmirdi. Sadəcə olaraq, görüntü naminə, beynəlxalq vasitəçiləri aldatmaq üçün, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün belə bir təklif irəli sürürdü ki, guya onlar beş rayonu qaytarmağa hazırdırlar, ancaq Laçın və Kəlbəcər onların əlində həmişəlik qalmalıdır.
Ölkə başçısı vurğuladı ki, Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Azərbaycan qalib oldu. Azərbaycan Ordusu düşməni döyüş meydanında məğlub edib. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə burada yaşaya bilər. Laçın şəhərinin Baş planı hazırlanıb. İlin sonuna qədər isə daha çox insan Laçında yaşaya biləcək.Bununla paralel olaraq Laçında indi tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq, bütün digər lazımi şərait yaradılır. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq. Yəni, burada həm yaşamaq, həm işləmək üçün bütün şərait yaradılır və bu gün Laçın şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir.Aparılan abadlıq quruculuq işlərindən sonra Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcəkdir. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər–hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Azad edilmiş bütün ərazilərdə geniş quruculuq işləri aparılır. Yəni, bu, bir daha onu göstərir ki, o torpaqların sahibləri qurmaq,yaratmaq üçün gəlib.Mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub. Cəmi iki il yarım ərzində artıq keçmiş köçkünlərin birinci qrupu Ağalı kəndinə, Talış kəndinə yerləşdirilib və üçüncü yaşayış yeri, Laçın şəhəri olub. Bundan əlavə, Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edilmiş Zabux və Sus kəndlərində də fəal iş aparılır. Yaxın zamanda ora da köçlərin başlayacağı gözlənilir.
Dövlət başçısı bildirdi ki, İkinci Qarabağ müharibəsindən keçən dövr gələcək üçün çox önəmli idi. Bu gün bizim yaşadığımız reallıq məhz İkinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində əldə edilmiş nəticələr əsasında formalaşıb.Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər.Laçın və Kəlbəcərdə ermənilər qanunsuz məskunlaşma aparırdılar. Qanunsuz məskunlaşma beynəlxalq konvensiyalarla hərbi cinayət sayılır.Şuşa işğaldan azad olunandan, bir çox kəndlər azad olunandan sonra Ermənistan faktiki olaraq kapitulyasiya aktına imza atmışdır. Əldə edilmiş razılaşmaya görə, ermənilərin yaşadıqları Qarabağ bölgəsi ilə Ermənistan arasında bir yol bağlantısı olmalı idi və Rusiya sülhməramlı qüvvələri bu yola nəzarət etməli idilər. Beləliklə, Laçın şəhəri hələ də faktiki olaraq işğal altında idi və məhz noyabrın 10-na qədər gedən danışıqlar nəticəsində mən təkidlə nail oldum ki, yeni yol çəkiləcək və yeni yol çəkiləndən sonra Laçın şəhəri bizə qaytarılacaq. Yolun razılaşdırılması üçün üç il vaxt müəyyən edilmişdi, sadəcə olaraq, yolun marşrutunun razılaşdırılması üçün. Biz nəinki bunu razılaşdırdıq, eyni zamanda, ilyarım ərzində bu yolu inşa etdik və avqustun əvvəlində artıq Laçında yaşamış ermənilərə və Rusiya sülhməramlı qüvvələrinə bildiriş göndərdik ki, biz artıq gəlirik, xahiş edirik, buradan çıxın. Ondan sonra bizdən xahiş olundu ki, müəyyən vaxt verilsin, avqustun 25-nə qədər vaxt verilsin və ondan sonra onlar Laçını, Zabux və Sus kəndlərini boşaldacaqlar. Beləliklə, avqustun 25-də sonuncu erməni işğalçı, yaxud ki, qanunsuz yaşayan Laçını tərk etdi və avqustun 26-da biz Laçına qayıtdıq.
Güclü ordumuzdan söz açan Ali Baş Komandan bu ordunun düşməni 44 gün ərzində darmadağın etdiyini, onları diz çökdürüb və torpaqlarımızdan qovduğunu qeyd etdi. Gözəl gənc nəsil yetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər. Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə də gedirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların qəhrəmanlığını heç vaxt unutmayacağıq. Onların qəhrəmanlığı, şücaəti sayəsində bax, bu gün Qarabağ torpaqlarında həyat canlanır.İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Yəni bu gün bizim yaşadığımız reallıq məhz İkinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində əldə edilmiş nəticələr əsasında formalaşıb Çünki İkinci Qarabağ müharibəsi bizim əbədi qürur mənbəyimizdir. Bu Zəfər bizimlə əbədi olacaq və gənc nəsil, uşaqlar bu Zəfər qüruru ilə yaşayacaqlar.Sonda dövlətimizin başçısı Laçın şəhərinə qayıdan sakinlərə evlərin açarlarını təqdim etdi. Sakinlər dövlətimizin başçısına minnətdarlıq etdilər.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024