Mobil versiya
SON DƏQİQƏ: Azərbaycanda Referendum keçiriləcək, Referendumun tarixi..
Tarix: 25-07-2016 | Saat: 16:25
Bölmə:Manşet | çapa göndər



Konstitusiyaya dəyişiklik də qanunun bir formasıdır


Referendumun tarixini prezident açıqlayacaq

"Referenduma dəyişikliklərin parlament qarşısında müzakirəsi də vacib sayılır. Çünki parlament qanunverici orqandır. Konstitusiyaya dəyişiklik də qanunun bir formasıdır".

Bunu açıqlamasında millət vəkili Aydın Mirzəzadə konstitusiyaya ediləcək dəyişiklilər layihəsinin parlamentdə müzakirə olunması məsələsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, parlamentdə də dəyişikliklər layihəsinin müzakirəsinə ehtiyac var: “Belə olan halda parlament bunu müzakirə etməyə və mövqeyini bildirməyə hazırdır. Parlament deputatlarının əksəriyyəti mətbuatdan məsələyə münasibət bildiriblər və dəyişiklikləri dəstəyiblər”.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezident postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, referendumun keçiriləcəyi tarix prezident tərəfindən təyin olunacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024