Bərpaolunan enerji ilə bağlı şirkətlər Azərbaycana böyük maraq göstərirlər
Tarix: 02-06-2023 | Saat: 14:13
Bölmə:Özəl | çapa göndər
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – Caspian Oil&Gas və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – Caspian Power sərgilərinin ölkəmizin energetika sektorunun inkişafında xüsusi əhəmiyyəti var. Sərgilərin əhəmiyyəti Prezident İlham Əliyevin çıxışında da öz əksini geniş formada tapdı. Diqqətçəkən əsas və vacib məqamlardan biri də ABŞ, Böyük Britaniya, xüsusilə Avropa İttifaqının bu tədbirdə böyük tərkibdə təmsil olunması idi. Bu da Ulu Öndərin qurduğu neft strategiyasının məntiqi nəticəsi olaraq Azərbaycanın qərb ölkələri üçün nə qədər əhəmiyyətli bir tərəfdaşa çevrilməsinin göstəricisidir. “Əsrin müqaviləsi”nin imzalanmasından keçən 30 il ərzində Azərbaycan həyata keçirdiyi uğurlu siyasət nəticəsində özünə etibarlı tərəfdaşlar qazanıb. Qazanılmış uğurlar sözsüz ki, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da artmasına səbəb olub, bu da öz növbəsində iqtisadiyyatımızın dayanıqlı inkişafını şərtləndirən vacib amillərdəndir.
. Bu səbəbdən də qərbdən qaz təchizatının artırılması ilə bağlı çağırışlar edilir ki, bu da milli maraqlarımıza tam uyğundur. Çünki, əlavə ixrac ölkəyə əlavə valyuta axını deməkdir.
Ekspert əlavə edib ki, Azərbaycan özünün təbii ehtiyatları hesabına, həm də qonşu ölkələrdəki, o cümlədən Orta Asiyadakı qaz ehtiyatlarını öz ərazisindən nəql etməklə iqtisadi və siyasi dividend əldə edəcək: “Əlbəttə ki, bu məsələdə yeni yatırımlara ehtiyacın olması mütləqdir. Bunun üçün də bir sıra aparıcı ölkələrlə strateji tərəfdaşlığa dair anlaşma memorandumları imzalanıb”.
Onun sözlərinə görə, yaradılmış nəhəng enerji infrastrukturu Avrasiyanın enerji xəritəsini dəyişdirib və Azərbaycanı qərb ölkələri üçün vacib tərəfdaşa çevirib. Enerji tərəfdaşlığında neft və qazdan sonra, bərpaolunan enerjinin Azərbaycan üzərindən Avropaya ixrac edilməsi də diqqət mərkəzindədir. Xəzər dənizinin Azərbaycan sektorunda əldə edilən elektrik enerjisinin yeraltı kabel xətləri ilə Avropaya ötürülməsi nəzərdə tutulur ki, bu da layihə çərçivəsində qiqavat “yaşıl enerji” deməkdir. Bu sahənin inkişaf etdirilməsi üçün böyük miqdarda investisiya tələb olunur. Azərbaycanın əldə etdiyi uğurlar və etibarlı tərəfdaşlar sayəsində bu sahəyə gələcəkdə böyük investisiya yatırılacaq və ölkəmiz şaxələndirilmiş enerji mənbələrində əhəmiyyətli çəkiyə malik olacaq.
R.Hüseyn bildirib ki, hələ 1994-cü ildə Birinci Qarabağ müharibəsindən yeni çıxmış ölkəyə xarici investorlar tərəfindən investisiya yatırılmırdı, çünki müharibə gedən ölkədə heç bir investor biznes infrastrukturu yaratmağa maraqlı deyildi: “Bütün bunlara baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin və onun siyasətini davam etdirən Prezident İlham Əliyevin yorulmaz səyləri nəticəsində Azərbaycan keçən 30 il ərzində ölkəyə kifayət qədər investorlar cəlb etdi və nəhayət Azərbaycanı Avrasiyasının enerji xəritəsini dəyişdirəcək səviyyəyə çıxardı. Bundan başqa, bərpa edilən enerji üçün ölkəyə investisiya axını gələcək və Azərbaycan bir neçə illər sonra həm “yaşıl enerji”, həm də neft və qaz üzrə Avropanın enerji təhlükəsizliyində daha vacib tərəfdaşa çevriləcək”.
Nəsimi rayon sakini
Eyvazlı İlahə
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər