Mobil versiya
1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır.
Tarix: 02-06-2023 | Saat: 14:01
Bölmə:Özəl | çapa göndər

1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır.

1994-cü ilin sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmışdır. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlanmışdır. ‎Bu müqavilə 150 illik tarixi olan Azərbaycan neft sənayesinin dönüş nöqtəsi və yenicə müstəqillik əldə etmiş Azərbaycan ‎Respublikasında neft strategiyasının həyata keçirilməsinin başlanğıcı hesab edilir. “Əsrin müqaviləsi” adı ilə tarixə düşən bu ‎beynəlxalq neft layihəsinin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və ‎möhkəmləndirilməsində müstəsna əhəmiyyəti oldu. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir. “Əsrin müqaviləsi” Azərbaycanda digər böyük layihələrin həyata keçirilməsi üçün zəmin yaratdı. Bu layihələrin gerçəkləşdirilməsi ilə ‎Azərbaycan dünyada özünə daha etibarlı siyasi və iqtisadi tərəfdaşlar və müttəfiqlər tapdı. Bu müqavilədən sonra Azərbaycan ‎iqtisadiyyatının digər sahələrinə də xarici investisiyaların sürətli axını başlanıb. Çətin siyasi və iqtisadi şəraitdə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının təməlini qoyub. 1994-cü ildən bu günədək AÇG-yə 33 mlrd. dollarlıq sərmayə qoyulub. İndiyədək yataqlar blokundan 440 mln. ton neft hasil edilib. Bunun hesabına Azərbaycan 125 mlrd. dollardan çox birbaşa mənfəət əldə edib. İ AÇG-dən 3,2 mlrd. barel neft hasil edilib. Həmçinin yataqlar blokundan ümumilikdə 30 mlrd. kubmetr səmt qazı hasil edilərək Azərbaycan hökumətinə verilib. Azərbaycanda neft gəlirlərinin insan kapitalına çevrilməsinə nail olunub. Neft gəlirlərindən səmərəli istifadə hesabına indiyədək ölkədə 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, 11 min km-dən çox yol inşa edilib. Eyni zamanda 250 min məcburi köçkün 100-dən artıq qəsəbədə mənzillə təmin olunub. 2017-ci ilin sentyabrında “Əsrin müqaviləsi”nin 23-cü ildönümündə Bakıda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi (PSA) imzalandı. Yenilənmiş sazişlə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadıldı. Müqavilənin yeni şərtləri təkcə 1994-cü ildən bəri ölkəmizin və şirkətimizin artan maliyyə və texnoloji potensialını əks etdirmir, həm də xarici tərəfdaşların Azərbaycan iqtisadiyyatına inamını nümayiş etdirir, tərəfdaşlığımızı yeni səviyyəyə qaldırır. 2017-ci ilin noyabrında Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasim keçirilib. Bütövlükdə çıxarılmış 2 milyard ton neftin təxminən 700 milyon tonu müstəqillik dövründə hasil edilmişdir.
Sultanlı Çiçək Maarif qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024