Mobil versiya
Büdcədən bu sahələrə daha çox vəsait ayrılacaq - Nazir AÇIQLADI
Tarix: 02-06-2023 | Saat: 12:07
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər

Büdcədən bu sahələrə daha çox vəsait ayrılacaq -

İşğaldan azad edilmiş ərazilərə Böyük qayıdış və müdafiə qabiliyyətinin gücləndirilməsi üçün əlavə tədbirlərin maliyyələşdirilməsi qarşıya məqsəd kimi qoyulub.

aia.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən komitə iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, beynəlxalq yardım proqramları və beynəlxalq müqavilələr üzrə imzalanmış öhdəliklərin qarşılanması, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqi və bir sıra digər zəruri dövlət xərclərinin həyata keçirilməsi nəzərdə tutulur.

“Cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çox olması, ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafına dair ötən ilin payızında verilmiş proqnozun yenilənməsi və ümumi daxili məhsulun (ÜDM) əvvəlki proqnozla müqayisədə 5,6 milyard manat artırılması bu ilin dövlət büdcəsində əlavə maliyyə resurslarının yaranmasını və onların bölünməsini gündəmə gətirir”.

Qeyd edək ki, Milli Məclisdə komitə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişiklik müzakirə edilir. Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirləri 33779,5 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3005,5 milyon manat və ya 9,8 faiz çoxdur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024