Mobil versiya
Gədəbəydə “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam edir -Foto
Tarix: 01-06-2023 | Saat: 16:11
Bölmə:Özəl | çapa göndər

Gədəbəydə “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam edir

AİA.Az xəbər verir ki, 01 iyun 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı tədbirlər planına uyğun olaraq Qaradağ kənd ərazi partiya təşkilatlarında “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev Azərbaycan xalqının xilaskarı və müstəqil Azərbaycanın memarıdır" mövzusunda görüş keçirildi.
Görüşləri giriş sözləri ilə açan YAP Gədəbəy rayon təşkilatının əməkdaşları bildirdilər ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Natiqlər Ulu Öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətləri görüş iştirakçılarının diqqətinə çatdırıblar.Ulu Öndərin arzusunu, vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun, xalqımızın sarsılmaz birliyinin və vəhdətinin nəticəsi olaraq doğma Qarabağımız düşmən işğalından azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.
Görüşdə çıxış edən Qaradağ kənd ƏPT sədr və müavini vurğuladılar ki, Ulu öndərimizin Azərbaycan xalqının zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini uğurla inkişaf etdirən dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz öz tarixinin ən qüdrətli dövrünü yaşayır, yeni zəfərlərə doğru inamla irəliləyir.
Görüşdə çıxış edən ƏPT əməkdaşları da Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, titanik fəaliyyətindən ətraflı danışıblar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024