Mobil versiya
Tarixi köklərə əsaslanan Azərbaycan-İsrail əlaqələri
Tarix: 01-06-2023 | Saat: 13:52
Bölmə:Özəl | çapa göndər

Tarixi köklərə əsaslanan Azərbaycan-İsrail əlaqələri

Azərbaycanın xarici siyasətində əsas məqsədlərdən biri dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabərhüquqlu münasibətlərin qurulması prioritetidir. Bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri daim güclənir. Azərbaycana yaxın dost və tərəfdaş ölkələrindən biri də İsrail dövlətidir. Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri yalnız iqtisadi-strateji faydaya deyil, həm də ənənəvi tarixi mədəni köklərə əsaslanır. Azərbaycan və İsrail xalqları daim tarixin çətin dönəmlərində qarşılıqlı anlaşmaya, tolerantlığa əsaslanan birgəyaşayış nümunəsini bütün dünyaya nümayiş etdirə bilmişlər. Ölkələrimiz arasında siyasi münasibətlər də yüksək səviyyədədir. Belə ki, Azərbaycan öz müstəqilliyini əldə etdikdən cəmi iki ay sonra, İsrail yeni dövləti rəsmən tanıyan ilk dövlətlərdən biri olmuş və 1992-ci il 7 aprel tarixindən etibarən Azərbaycanla diplomatik əlaqələr qurmuşdur. Bu illər ərzində Azərbaycan və İsrail dövlətlərinin siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə sıx əlaqələri  yaranıb. 1993-cü ildə İsrailin Azərbaycanda səfirliyi açılıb. Keçən il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi yaddaqalan tədbirlərlə qeyd olunub. 
Prezident İlham Əliyevin 2023-cü ilin 30 may tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında iki ölkə arasında sıx əməkdaşlığın mövcudluğu və səfərin ikitərəfli əlaqələri gücləndirəcəyini bildirmişdir. Uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir. İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir. bütün sahələrdə ikitərəfli əlaqələr eyni inkişaf templərini davam etdirəcək və bu, hər iki millətə regional və beynəlxalq səviyyədə uğurlar gətirəcəkdir. Birincisi, hər iki dövlətin, geniş siyasi perspektivdə bir-biri ilə sıx əməkdaşlığa ehtiyacı var. İkincisi, bu bağlantıların təməli təkcə ticarət və təhlükəsizlik məsələlərində qarşılıqlı maraqlara deyil, həm də Yəhudi-Azərbaycan dostluğunun uzunillik ənənələrinə söykənir.

Nəsimi rayon 111 nömrəli tam orta məktəbin tarix müəllimi
Fehruzzadə Xatirə Qurban qızı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024