Masallıda təhsilə qayğı
Tarix: 01-06-2023 | Saat: 12:01
Bölmə:Özəl / Təhsil | çapa göndər
Masallı rayonunda I Qarabağ müharibəsi şəhidi Seyran Hacıyev adına Viləş kənd tam orta məktəbinin akt zalının əsaslı təmirindən sonra açılışı olub.
Akt zalının açılışında Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov, Lənkəran Astara regional təhsil idarəsinin müdiri Elxan Nəcəfov , Masallı Təhsil şöbəsinin direktoru Qoşqar Hətəmov, şəhid ailələri , məktəbin müəllim kollektivi və media nümayəndələri iştirak ediblər. İcra başçı açılışda deyib:- Ulu Öndər Heydər Əliyevin ölkəmizin uşaqlarına , müəllimlərinə , təhsilinə həmişə dəyər və böyük önəm veribdir. Onun rəhbərlik dövründə ölkəmizdə təhsil həmişə inkişafda olubdur. Məhz ulu öndərin 100 illiyində rayonda bu sahədə olan bir sıra problemləri aradan qaldırmağa çalışırıq, elə bu açılış da bunun nümunəsidir.
Şəhid ailələri, məktəbin müəllim kollektivi, kənd sakinləri akt zalının əsaslı təmirinə görə dövlət başçısı İlham Əliyevə, rayon rəhbərliyinə və bu işdə əməyi keçən hər bir şəxsə öz dərin təşəkkürlərini bildiriblər.
Məlum olsun ki, 200 nəfərlik tutuma malik akt zalı Masallı Rayon İcra Hakimiyyətinin tapşırığına əsasən rayon xeyriyyəçilərinin vəsaiti hesabına yüksək səviyyədə təmir edilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024