"Hər bir dövlətin utilizasiyanı həyata keçirmək üçün iqtisadi gücü yoxdur" - Komitə sədri
Tarix: 01-06-2023 | Saat: 11:32
Bölmə:İqtisadiyyat | çapa göndər
"Utilizasiya kifayət qədər ciddi sosial və iqtisadi məsələdir. İqtisadiyyat dayanıqlı və güclü olmasa, dövlətin utilizasiyanı həyata keçirmək imkanı yox dərəcəsindədir. Hər bir dövlətin utilizasiyanı həyata keçirmək üçün iqtisadi gücü yoxdur".
aia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
O bildirib ki, Azərbaycan bu işlə bağlı xüsusi sənəd qəbul edirsə, demək ki, iqtisadi gücü və potensialı var. Bu, ciddi bir mərhələnin başlanğıcıdır.
T.Mirkişili qeyd edib ki, ekoloji cəhətdən təmiz avtomobilıərin idxal edilməsi bütün vergi və rüsumlardan azaddır: "Son zamanlar Bakıda daha çox elektrik avtomobillərini görürük. Hazırda ölkəmizdə avtomobillərin yığılması üçün iki zavod var. Üçüncü zavodun açılması planlaşdırılır. Atılan addımlar qanun layihəsinin daha səmərəli yerinə yetirilməsinə imkan yaradacaq".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ