Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Gəncədə
Tarix: 01-06-2023 | Saat: 09:33
Bölmə:Özəl | çapa göndər
Latviya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Viya Buşa Gəncə şəhərinə səfər edib.
aia.az xəbər verir ki, səfər çərçivəsində diplomat Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.
Şəhər rəhbəri qonağı salamlayaraq, Azərbaycan-Latviya münasibətlərinin vacibliyindən danışıb, Gəncə şəhərinin iqtisadi, sənaye, təhsil və digər sahəsi barədə məlumat verib. Qeyd edib ki, Azərbaycanın ikinci böyük sənaye şəhəri olan Gəncədə hazırda “Azəralüminium” ASC, “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi, “Gəncə Şərab - 2” və digər iri müəssisələr fəaliyyət göstərir. Bütün bunlar Gəncənin iqtisadi potensialının inkişafında böyük rol oynayır. Bununla yanaşı, şəhərdə yeni istehsalat müəssisələrinin inşa edildiyini və qərb bölgəsində ilk dəfə olaraq məhz Gəncədə Ekoloji Park Kompleksinin tikintisinin həyata keçirildiyini diqqətə çatdırıb.
Görüşdə həmçinin, Gəncədə görülən abadlıq-quruculuq işləri çərçivəsində küçələrin işıqlandırılması mövzusuna da toxunulub. Bildirilib ki, ölkə başçısı İlham Əliyevin göstərişi ilə Azərbaycanın 7 şəhər və rayonunda, o cümlədən Gəncədə küçə işıqlandırılması ilə bağlı yeni layihə həyata keçirilib. Şəhərin bir sıra yaşayış massivləri, qəsəbələri və küçələri dünyanın aparıcı şirkətlərinin istehsal etdiyi müasir plafonlar və led lampaları ilə işıqlandırılıb.
Latviyalı diplomat Viya Buşa səmimi qəbula görə icra başçısına təşəkkürünü bildirib. Qeyd edib ki, görüşdən öncə “Gəncə Şərab-2” ASC-yə baş çəkib və müəssisədə yaradılan yüksək səviyyəli şəraitlə tanış olub.
Diplomat eləcə də Mənzil Kommunal Təsərüfatı İstehsalat Birliyini, o cümlədən “Azəralümüinium” ASC-ni də ziyarət edəcəyini vurğulayıb.
Görüşdə şəhərin küçə işıqladırılması ilə bağlı əməkdaşlığa dair bir sıra təkliflər səsləndirilib. Latviyanın “SİA Vizulo” şirkətinin yüksək standartlara cavab verən işqılandırma avadanlıqları haqqında geniş məlumat verilib, ikitərəfli mümkün iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, şəkil çəkdirilib.
Qəbuldan sonra qonaqlar Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmış əraziyə baş çəkiblər. Viya Buşaya törədilən terror barədə geniş məlumat verilib. Bildirilib ki, 2020-ci ildə Gəncə şəhəri ümumilikdə 5 dəfə raket atəşinə məruz qalıb. Nəticədə 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak olub, 29-u uşaq olmaqla, ümumilikdə 142 insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Diplomat terror zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, əraziyə gül dəstələri düzüb.
Azər Tağızadə
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər