Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı
Tarix: 31-05-2023 | Saat: 23:32
Bölmə:Özəl | çapa göndər
Müstəqilliyimizin 105-ci ildönümünü qeyd etdik. Artıq üçüncü ildir ki, bu əlamətdar tarixi fərqli, qələbə ovqatında keçiririk. Son iki yüz ili də aşan tarixi zaman kəsiyindən sonra xalqımız həm bu müqəddəs bayramı, həm də öz milli varlığını mənəvi tarazlıq içərisində yaşayır. İşğaldan azad olunmuş Qarabağ artıq milli qürurumuzun rəmzinə çevrilib. Bu möhtəşəm Zəfərin arxasında güclü və müstəqil Azərbaycan dövləti, xalqımızın tarixi birliyini təcəssüm etdirən Müzəffər Ali Baş Komandanımızın Dəmir Yumruğu və qəhrəmən Ordumuzun şücaəti dayanır.
Bu il qürur hissi ilə qeyd etdiyimiz Müstəqillik Gününün özəlliyi ondadır ki, yüzminlərlə həmvətənimizin üzərindən məcburi köçkün ifadəsinin mənəvi ağırlığı qaldırılır. Prezident İlham Əliyev 31 ildən sonra bu bayramı işğaldan azad edilmiş Laçın şəhərində laçınlılarla bir yerdə qeyd etdi. Azərbaycan Prezidenti Laçına qayıdan ilk iyirmi ailəyə məskunlaşacaqları evlərin açarlarının təqdimolunma mərasimində bu müjdəni də verdi: “Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər”. Prezident bu tədbirin məhz may ayında keçirilməsinin təsadüfi olmadığına da xüsusi diqqət çəkdi: "May ayında Laçın işğal altına düşdü, may ayında laçınlılar Laçına qayıtdılar. Düzdür, 31 ildən sonra, amma biz qayıtmışıq”.
Prezident İlham Əliyev çıxışında 1992-ci ilin mayında Laçının, 1993-cü ilin aprelində isə Kəlbəcərin işğalı ilə Ermənistanla coğrafi bağlantının yaranmasına və bununla da mənfur “miatsum” xülyasının gerçəkləşdirilməsi istiqamətində addımların atılmasına imkan verildiyini, o dövrdə yaşadığımız uğursuzluğun səbəblərini və səbəbkarlarını da yada saldı: “Əfsuslar olsun ki, nə ovaxtkı Azərbaycan rəhbərliyi, nə də rəhbərliyə can atan müxalifət qüvvələri öz məsuliyyətini dərk edə bilməmişlər, bir çox hallarda hər ikisi xəyanət törətmişdir. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi”.
Vaxtilə torpaqlarımızı siyasi ambisiyalarına qurban verən və az qala otuz il ərzində xalqımızın mənəvi iztirablarının səbəbkarı olmuş həmin siyasi cütlüyün bəzi mənsubları təhlükəli vərdişlərindən bu gün də əl çəkməyiblər. Heç kəs üçün sirr deyil ki, xalqımız 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərə görə şəhid və qazilərimizlə, Müzəffər Ali Baş Komandanımız və rəşadətli Ordumuzla fəxr edir. Amma bu gerçəkliyə baxmayaraq, 90-lardan qalmış həmin siyasi cütlüyün hədəfində nədənsə işğalçı Ermənistan rəhbərliyi deyil, Azərbaycan Prezidenti dayanır. Şuşada “Qarabağ Ermənistandır və nöqtə” deyən N. Paşinyan bəzi Qərb dairələrinin təqdimatında olduğu tək, bu cütlüyün də ayrı-ayrı nümayəndələrinin çıxışlarında “demokrat mücəssiməsi”, az qala qəhrəman və şəksiz siyasi lider kimi təbliğ edilir. Məhz həmin şəxslər özləri üçün uydurduqları siyasi ambisiyaları səbəbindən, yaxud hansısa xarici dairələrin rəğbətini qazanmaq naminə Paşinyanın o bədnam bəyanatını da, Şuşadakı bizlərə acıq verən rəqsini də unudur, az qala onu Nelson Mandellanın “əzabkeş” davamçısına çevirirlər. Hədəfə aldıqları, təhqir edib böhtan atdıqları isə yalnız Müzəffər Ali Baş Komandanımızdır. Bunlarda Paşinyan sevdası, erməni nisgili və erməni sevgisi hansı siyasi bağlardan, yaxud hansı təlimatlardan qaynaqlanır, bunu özləri daha yaxşı bilir. Amma hər iki halda bu sevdanın arxasında 90-larda olduğu kimi, yenə də xəstə hakimiyyət hərisliyi və siyasi nakamlıq sindromu dayanır.
Mayil Əliyev,
YAP Cəbrayıl rayon təşkilatının partiya fəalı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər