Mobil versiya
Hər bir ölkənin siyasi mövqeyinin möhkəmlənməsində iqtisadi müstəqilliyi əsasdır
Tarix: 31-05-2023 | Saat: 13:52
Bölmə:Özəl | çapa göndər

Hər bir ölkənin siyasi mövqeyinin möhkəmlənməsində iqtisadi müstəqilliyi əsasdır

Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu göz qabağındadır. Tarixi Zəfərimizin reallıqları fonunda möhkəmlənən mövqeyimiz həm qarşlıqlı səfərlərdə, həm də Azərbaycanın istər üzv, istərsə də qonaq qismində qatıldığı regional və beynəlxalq təşkilatların iclaslarının say tərkibində özünü qabarıq şəkildə büruzə verir. Bu baxımdan cənab İlham Əliyevin mayın 25-də Moskvaya işgüzar səfəri xüsusi diqqət çəkdi. Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasına qonaq qismində dəvət olunan dövlət başçısı İlham Əliyev, eyni zamanda, həm ölkəmizin iqtisadi imkanlarını, həm də regionun gələcəyi ilə bağlı hədəfləri özündə əks etdirən çıxışı ilə diqqətdə oldu. Təbii ki, hər bir ölkənin siyasi mövqeyinin möhkəmlənməsində iqtisadi müstəqilliyi əhəmiyyətli rol oynayır. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması iqtisadi müstəqilliyinin təmin edilməsində mühüm rol oynayır. Belə ki, Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə hesablanmış addımları sırasındandır. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir, ölkələri, xalqları daha sıx birləşdirir. Son 20 ilə yaxın dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsini qarşıya mühüm vəzifə kimi qoyur. Dövlət başçısı sözügedən iclasda Azərbaycanın iqtisadi inkişafını statistik rəqəmlər əsasında təqdim etdi. Belə ki, Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu (ÜDM) 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in demək olar ki, 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir. Hazırda qarşıda duran başlıca məsələlərdən biri ixracın şaxələndirilməsidir. Cənab İlham Əliyev qeyd etdi ki, iqtisadiyyatın şaxələndirilməsinə gəlincə, bu məsələ uğurla həll olunur. Azərbaycan iqtisadiyyatının böyük hissəsi artıq qeyri-xammal sektorunda formalaşır: “Baxmayaraq ki, işsizliyin səviyyəsi cəmi 5 faiz təşkil edir, demoqrafik artım, - son 30 il ərzində Azərbaycan əhalisinin sayı 7 milyondan 10 milyona qalxıb, - yeni iş yerlərinin yaradılması üzrə fəal səylər tələb edir. Biz, əlbəttə, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə fəal qarşılıqlı əlaqələri həm ikitərəfli formatda, - biz bunu uğurla edirik, - həm də çoxtərəfli formatda möhkəmləndirmək fikrindəyik.” Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında bu reallıq da xüsusi qeyd edildi ki, Azərbaycan özünün strateji maraqlarına söykənərək balanslaşdırılmış siyasət yürüdür. Dünyada sülh və təhlükəsizliyin tərəfdarıdır. Hər bir dövlətlə bərabər prinsiplər əsasında qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verir. Azərbaycan Ermənistandan başqa, digər Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə ikitərəfli formatda sıx əlaqələrə malikdir: “Mən Avrasiya İqtisadi Birliyinin sammitində ilk dəfədir iştirak edirəm. Halbuki, biz Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin başçıları ilə həm Müstəqil Dövlətlər Birliyinin sammitləri çərçivəsində, həm də ikitərəfli formatda müntəzəm görüşürük. Buna görə də, baxmayaraq mən ilk dəfədir qonaq qismində iştirak edirəm, lakin yəqin ki, burada qonaq deyiləm. Bu gün bizim ünsiyyət qurmaq imkanımız oldu, ünsiyyətimiz davam edəcək.”

Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024