ADAU-da “Qeyri-neft sektoru və qlobal ərzaq təhlükəsizliyi problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib
Tarix: 31-05-2023 | Saat: 09:24
Bölmə:Özəl / Təhsil | çapa göndər
Gəncədə, Azərbaycan Dövlət Aqrar Unviersitetində (ADAU) Ümummilli Lider Heydər Əliyevin 100 illik tubileyinə həsr olunan “Qeyri-neft sektoru və qlobal ərzaq təhlükəsizliyi problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Konfransdan öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər, önünə gül dəstələri düzüblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib.
Sonra iştirakçılar “Ümumilli Lider Heydər Əliyev və ADAU” filminə tamaşa ediblər.
Konfransda çıxış edən ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində bu təhsil müəssisəsində həyata keçirilən tədbirlər barədə də məlumat verib. Bildirib ki, ölkəmizdə aqrar sahənin inkişafı dahi rəhbərin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1969-cu il iyulun 22-də “Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun 50 illiyinin keçirilməsi haqqında” Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı qəbul edilib. 1980-ci il dekabrın 16-da Gəncədə Ulu Öndər keçmiş SSRİ-nin rəhbərliyi adından “Şərəf nişanı” ordenini təntənəli şəkildə institutun bayrağına sancıb.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident İlham Əliyev tərəfindən ölkədə qeyri-neft sektorunun inkişafına böyük diqqət göstərildiyini bildirib. Natiq aqrar sahənin qeyri-neft sahəsi kimi əhəmiyyətini vurğulayaraq bu sahədə görülən işlərdən danışıb. Aparılan aqrar islahatlar kənd təsərrüfatını daha da inkişaf etdirdiyini və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirildiyini diqqətə çatdırıb.
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov ərzaq təhlükəsizliyinin dövlətin milli təhlükəsizliyinin ən mühüm komponenti olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ərzaq təhlükəsizliyi ölkənin müstəqil siyasət yürütməsi, öz hüquqlarını tələb etməsi və hər hansı problemin həllində vahid mövqe sərgiləməsi deməkdir.
Mill Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Ulu Öndər Heydər Əliyevin 1969-1981-ci illərdə ölkəmizə rəhbərlik etdiyi dövrdə heyvandarlıq, melorasiya və kənd təsərrüfatının digər sahələrində gördüyü işlərdən danışıb. Həmçinin bu gün fermerlərə verilən dövlət subsidiyaları, kənd təsərrüfatındakı mövcüd artımlar haqqında məlumat verib.
Türkiyənin Gəncə şəhərindəki Baş Konsulu Rəcəp Öztop və Ege Universitetinin rektoru Necdet Budak çıxışlarında iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi təhsil sahəsində də uğurlu əməkdaşlığın davam etdiyini bildiriblər.
AMEA-nın Gəncə bölməsinin sədri Fuad Əliyev və “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Mürvət Həsənli mövzu ətrafında fikirlərini səsləndiriblər.
Tədbirin sonunda Türkiyənin Ege Universitetinin rektoru, professor Necdet Budaka Azərbaycan Dövlət Aqrar Universitetinin Fəxri Doktoru diplomu və mantiyası təqdim olunub.
Konfrans işini panel sessiyalarda davam etdirib.
Azər Tağızadə
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024