Mobil versiya
ƏZİZ LAÇINLILAR, QAYIDIŞINIZ MÜBARƏK!
Tarix: 30-05-2023 | Saat: 17:41
Bölmə:Özəl | çapa göndər

ƏZİZ LAÇINLILAR, QAYIDIŞINIZ MÜBARƏK!

Dövlətimiz işğaldan azad olunan bütün ərazilərdə o cümlədən, Laçında sürətlə bərpa-quruculuq işləri həyata keçirir. Həyata keçirilən bütün layihələr Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulduğu kimi yüksək səviyyədə icra olunur. Bərba-quruculuq işləri ilə yanaşı Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni idarəetmə üsulu həyata keçirir. Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən biridir. Rayonun həm böyük turizm potensialı, həm də aqrar, eləcə də sənaye sektorunda müqayisəli üstünlükləri var. Təbii ehtiyatları ilə fərqlənən rayonda emaledici sənaye üzrə istehsalının təşkili mümkündür: İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanmışdı. Laçın, həmçinin, zəngin təbii ehtiyatlara malikdir. Belə ki, Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var. Rayonun dağıdılan iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası mümkün olacaqdır. Cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaqdır Laçının bu gün Azərbaycana bütövlüklə təhvil verilməsi və ətraf kəndlərin boşaldılması Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasətinin nəticəsi, Azərbaycan diplomatiyasının qələbəsidir. Cənab Prezidentin dediyi kimi, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi.
Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirdi. Ermənilər həmişə düşünürdülər ki, Laçın şəhərinin Azərbaycana qaytarılması mümkünsüzdür. Amma biz göstərdik ki, uğurlu diplomatiyamız nəticəsində bütün torpaqlarımızı ermənilərdən təmizləməyə qadirik. Laçın şəhərinin və sözügedən kəndlərin nəzarətimizə keçməsi ordumuzun qüdrəti və diplomatiyamızın məharəti nəticəsində mümkün oldu. Bu ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır. Azərbaycan Vətən müharibəsində təkcə öz ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda, beynəlxalq hüququ, ədaləti, o cümlədən, azərbaycanlı keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış hüququnu da təmin etdi. Bu mənada Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması, ilk növbədə, beynəlxalq hüququn, ədalətin, keçmiş məcburi köçkünlərimizin uzun illər pozulmuş qalan hüquqlarının da bərpasıdır. Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Tibb məntəqəsi hazırlanır, məktəb yeni dərs ili üçün hazır olacaq və onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Azərbaycan gördüyü işlərdə heç bir yerdən yardım almır. Prezident 28 May Günü bütün dünyaya bəyan etdi ki, artıq Azərbaycan öz dövlətinin, müstəqiliyinin inkişafını daim dəstəkləyir. İşğaldan azad edilmiş bölgələrdə çox sürətlə abadlıq-quruculuq işləri davam edir.
Mənfur düşmənin hərəkətlərindən sonra bu cür quruculuq işlərinin olması dünyaya böyük mesajdır. Digər tərəfdən, böyük sürətlə davam edən quruculuq-bərpa prosesi, qısa müddətdə Laçının timsalında Böyük Qayıdışın artıq üçüncü yaşayış məntəqəsini əhatələməsi cənab Prezident İlham Əliyevin vədinə sadiq praqmatik siyasətçi obrazını daha da möhkəmləndirdi. Xüsusən dövlət başçısının 11 il öncə laçınlılara verdiyi və bu gün ləyaqətlə reallaşdırmaqda olduğu vədini xatırlatması bu illər ərzində onun fəaliyyətinin təməlində milli maraqlar və əsl lider kimi xalqın maraqlarının dayandığını nümayiş etdirdi. Müstəqillik Gününü laçınlılarla Laçında qeyd edən cənab Prezident İlham Əliyevin eyni zamanda 30 il ərzində onların həm fiziki, həm mənəvi, ağır şəraitdə, yataqxanalarda, vaqonlarda, çadır şəhərciklərində həyat şəraiti ilə bağlı məqamlara toxunması öz xalqının hər bir problemini dərindən bilən, bölgəyə olduğu qədər, xalqın vəziyyəti ilə bağlı real duruma da hakim olan bir Lider olduğunu təsdiqlədi.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Kənan İslamov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024