Gəncədə Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Türkiyə prezidenti seçilməyi münasibətilə qurbanlar kəsilib -Foto
Tarix: 30-05-2023 | Saat: 13:07
Bölmə:Özəl | çapa göndər
Mayın 28-də qardaş Türkiyə Respublikasında keçirilən Prezident seçkilərin ikinci turunda Azərbaycanın yaxın dostu olan Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi ölkəmizdə də böyük coşquyla qarşılanıb.
aia.az xəbər verir ki, bu qələbə münasibətlə Gəncə şəhər Nizami Bələdiyyəsi tərəfindən qurbanlar kəsilib. Mərasim simvolik olaraq Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə ucaldılan abidənin önündə baş tutub.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin üzvü Müşfiq Cəfərov, Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov, Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının, şəhərin idarə, müəssisə, təşkilatlarının, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin daim möhkəmlənməsindən, xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olmasının hər iki ölkəni həmişə bir-birinə doğma etməsindən, sevincli, kədərli günlərdə də birinin digərinin yanında olmasından bəhs edilib.
Azər Tağızadə
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-11-2024