Ölkənin ərazi bütövlüyünün bərpası iqtisadiyyatın perspektiv inkişafı ideyalarının reallaşmasına zəmin yaratmışdır.
Tarix: 27-05-2023 | Saat: 21:22
Bölmə:Özəl | çapa göndər
Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, üstəlik daha bir erməni dövlətinin mövcud olması mümkün deyildir. Ermənistanın irəli sürdüyü ideyalar bundan ibarətdir ki, guya Dağlıq Qarabağın əhalisi öz müstəqilliyini təyin etmək istəyir. Halbuki, ermənilər öz müqəddəratını artıq müəyyən etmişlər, onların müstəqil dövləti var – Ermənistan Respublikası. Dünyada ikinci erməni dövləti ola bilməz, deməli, Dağlıq Qarabağın müstəqilliyi yolverilməzdir. Dağlıq Qarabağ tarixən Azərbaycan ərazisidir və o, ancaq yüksək muxtariyyət statusuna malik ola bilər»…Milli ordumuzun gücü bütün dünyaya bəyan oldu. 44 günlük Vətən müharibəsinin izləri, nəticədə Şanlı Azərbaycan ordusunun qələbəsi tarixmizə həkk olundu. Bu hadisələr gələcək nəslimizin fikir və düşüncələrinə hakim kəsiləcək. Beləliklə 2020-ci il Azərbaycan tarixinə əsasən sonunda bizim qələbəmizlə nəticələnən 44 günlük İkinci Qarabağ müharibəsi ilə yazıldı. Nəticədə Azərbaycan ordusu Qarabağı, öz əzəli torpaqlarını işğalçı taptağından azad etdi.İşğaldan azad edilmiş torpaqlarımızda xalqımızın tarix boyu yaratmış olduğu maddi, və mənəvi sərvətlərimiz dağıdılmış, bir çoxları hətta tamamilə məhv edilmişdir. Bu ərazilər qızıl, kvars-qızıl, qurğuşun, mineral sularla zəngindir.Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Cənab İLHAM ƏLİYEV deyir:«Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycan öz sərhədləri daxilində tanınmışdır.Ölkə iqtisadiyyatının davamlı inkişafı naminə daxili və xarici təsirlərə dayanıqlığını təmin etmək vacib məsələlərdəndir. İşğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidənqurulması naminə aparılan işlər eyni zamanda əzəli torpaqlarına qayıtmaq arzusunda olan vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasına xidmət edəcəkdir. Regionlarda yaradılan imkanlar, buradakı iqtisadi imkanlara çıxışın bərabər olması, bu inkişafdan vətəndaşların bəhrələnməsi və sosial təminatın ödənilməsi vətəndaşların sosial rifahının yaxşılaşdırılmasını təmin edir.Təbii ki, bu gün əsas məqsəd məhz, işğaldan azad olunmuş ərazilərimizə qayıdan vətəndaşlarımızın təhlükəsiz yaşayışının təmin edilməsi, abadlıq işlərinin aparılmasıdır. Qarabağın bərpa edilməsi, bu regionun hərtərəfli inkişafı, paytaxt-bölgə tarazlığının yaradılması, bölgədə infrastrukturların modernləşdirilməsi naminə hazırlanan layihələr mərhələli şəkildə uğurla icra edilməkdədir. Qarabağ kimi böyük potensiala malik olan bölgədə uzunmüddətli bərpa və inkişaf prosesinə start verilmiş və artıq bu sahədə bir çox işlər görülmüşdür. Regionda iqtisadiyyatın və məhsuldar qüvvələrin inkişafı istiqamətləri kimi strateji xarakterli plan və layihələr hazırlanmaqda və icra edilməkdədir. Prezident ərazilərdə ilk növbədə su, enerji, yol və səhiyyə kimi zəruri sahələrin bərpası üçün göstərişlər vermişdir.
SƏADƏT ŞAMİLOVA SƏNAN
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-12-2024
28-12-2024