Mobil versiya
Pərviz Şahbazov Berlində “Enerji Keçidi Dialoqu” konfransında iştirak edəcək
Tarix: 27-05-2023 | Saat: 15:50
Bölmə:Ölkə / İqtisadiyyat | çapa göndər

Pərviz Şahbazov Berlində “Enerji Keçidi Dialoqu” konfransında iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov martın 28-29-da Almaniyanın paytaxtı Berlində təşkil olunacaq “9-cu Berlin Enerji Keçidi Dialoqu” adlı beynəlxalq konfransda iştirak edəcək.

AİA.Az xəbər verir ki, bu barədə mediaya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, P. Şahbazov Almaniyanın federal xarici işlər naziri Annalena Berbok və iqtisadiyyat və iqlim naziri, vitse-kansler Robert Habekin dəvəti ilə Berlinə səfər edib.

Müxtəlif ölkələrdən nazirlərin, beynəlxalq təşkilat və maliyyə institutlarından yüksək səviyyəli nümayəndələrin qatılacağı tədbirdə energetika nazirinin çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.


AİA.Az
Sübhan Məmmədov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2024