İstintaq altında olan xəstəxana direktoru Azərbaycandan çıxmaq istəyərkən tutulub
Tarix: 27-05-2023 | Saat: 15:49
Bölmə:Karusel / Gündəm / Özəl | çapa göndər
Mingəçevirdə fəaliyyət göstərən və barəsində cinayət işi açılmış "Anadolu Hospital"ın direktoru Alper Mövlud Ceylan Azərbaycanı tərk etmək istəyərkən saxlnılıb.
aia.az bildirir ki, 1984-cü il təvəllüdlü Alper Mövlud Ceylan "Sədərək" gömrük keçid məntəqəsində quru yolu ilə ölkəni tərk etməyə çalışıb. O, saxlanılaraq polisə təhvil verilib. Alper Ceylana barəsində cinayət təqibinin davam etməsi və ölkəni tərk etməsinin mümkünsüz olduğu bildirilib.
Xatırladaq edək ki, dələduzluqda şübhəli bilinən xəstəxana rəhbəri barəsində cinayət işinin istintaqı davam etdirilir. İddialara görə, klinika rəhbərliyi tərəfindən ayrı-ayrı vətəndaşlardan işə qəbul müqabilində daşıyacağı vəzifəyə görə müəyyən məbləğdə vəsait alınıb və həmin vəsaitin depozit olaraq yatırılaraq müəyyən müddətdən sonra geri qaytarılacağı vəd olunub. Amma pasient azlığı və gəlirlər rəhbərliyə vədlərinə əməl etməyə imkan verməyib. Bu səbəbdən şikayətçi əməkdaşlar vaxtından öncə daşıdığı vəzifədən uzaqlaşdırılıb, qalanlara isə ümumiyyətlə, əmək haqqı ödənməyib və yalnız ödəniləcək vədi verilib.
Digər bir iddiaya görə, klinika rəhbərinin müavini Kərim Nadirov yatırılan depozitlərin çox hissəsini mənimsəyərək ümumiyyətlə qeydə alınmasını təmin etməyib.
Bir müddət öncə Alper Mövlud Ceylan barəsindəki həbs qətimkan tədbiri Mingəçevir şəhər Məhkəməsinin qərarı ilə dəyişdirilərək polisin nəzarəti altına verilmə qətimkan tədbiri ilə əvəzlənmişdi.
Qeyd edək ki, "Anadolu Hospital" Mingəçevirdə 2022-ci ilin martında fəaliyyətə başlamışdı. Təntənəli şəkildə baş tutmuş açılış mərasimində ölkənin tanınmış incəsənət xadimlərinin iştirakı ilə şou-proqram təşkil olunmuşdu.
Azər Tağızadə
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-12-2024
28-12-2024