Mobil versiya
Azərbaycan bir daha güclü və nüfuzlu dövlət olduğunu sübut elədi!
Tarix: 27-05-2023 | Saat: 11:30
Bölmə:Özəl | çapa göndər

Azərbaycan bir daha güclü və nüfuzlu dövlət olduğunu sübut elədi!

Dünyada Azərbaycanın artan nüfuzu göz qabağındadır. Bu, hər kəsin etiraf etdiyi aksiomdur. Müzakirə predmetindən asılı olmayaraq, Azərbaycan istər üzv, istərsə də qonaq qismində regional və beynəlxalq təşkilatların iclaslarında iştirak edir, dövlətimizin başçısı cənab İlham Əliyevin dəyərli fikirləri maraqla dinlənilir, təşəbbüsləri yüksək səviyyədə dəstəklənir. Prezidentimizin Ali Avrasiya İqtisadi Şurasının Zirvə toplantısına qonaq qismində dəvət edilməsi, hörmətlə qarşılanması və təqdim olunması bu uğurların davamı, dövlətimizin regionun lideri olmasının bilavasitə göstəricidir. İclasda çıxış edən dövlətimizin başçısı Azərbaycanın əldə etdiyi nailiyyətləri, iqtisadi gücünü, həyata keçirdiyi layihələri və onun uğurlu nəticələrini, eləcə də qiymətli təşəbbüslərini iştirakçıların diqqətinə çatdıraraq ölkəmizin potensialını və dünya üçün əhəmiyyətini ortaya qoydu. Və sübut etdi ki, Azərbaycan heç bir sahədə kimdənsə asılı deyil, tam sərbəst və müstəqil dövlətdir. Azərbaycan özünün strateji maraqlarına söykənərək balanslaşdırılmış siyasət yürüdür, dünyada sülh və təhlükəsizliyin tərəfdarıdır, hər bir dövlətlə bərabər prinsiplər əsasında qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verir. Azərbaycan Ermənistandan başqa, digər Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə ikitərəfli formatda sıx əlaqələrə malikdir. Həmin ölkələrlə ticarət dövriyyəsi 5 milyard dollara yaxındır və bu göstərici ildən ilə yüksəlir. Azərbaycanın region dövlətləri üçün əhəmiyyətini artıran həm də onun əlverişli coğrafi mövqeyi, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi, logistik imkanlarının genişliyi, tranzit yük daşımalarının səmərəli təşkili və etibarlı təminatıdır. Dövlətimizin başçısının ifadə etdiyi kimi, bu gün ölkəmiz Xəzər dənizində ən böyük ticarət donanmasına sahibdir, həmçinin regionda ən iri hava yük donanması bizdədir.
Eləcə də Azərbaycanda bütün növ gəmiləri hazırlaya bilən tərsanə fəaliyyət göstərir, hətta qonşu ölkələrdən sifarişlər qəbul etməyə hazırdır. Bütün bunlar ölkəmizin regional üstünlüklərini təsdiq edən faktlardır. İclasda Ermənistanın Baş nazir Nikol Paşinyanın yersizi səsləndirdiyi mənasız fikirlərə dövlətimizin başçısı cənab İlham Əliyev dərin diplomatik biliyi və tutarlı arqumentləri ilə layiqli cavab verərək onu aciz duruma saldı: “Paşinyan hələ də Zəngəzur dəhlizinin açılmasına şübhə ilə yanaşır, amma unudur ki, “Valday”da “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən cənab Prezident İlham Əliyev bu məsələni qısa müddətə reallaşdırdı. Artıq bu, Ermənistan tərəfindən də dəfələrlə təsdiqlənib və Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar. Odur ki, Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı canfəşanlıq etməsi əbəsdir, Azərbaycanın yaratdığı reallıq dəyişməzdir. Buna Ermənistanın gücü çatmaz. O ki qaldı Paşinyanın Laçın yolu ilə bağlı səsləndirdiyi iftiralara, bununla da bağlı layiqli cavabını aldı. Cənab Prezident İlham Əliyev əsl həqiqəti iştirakçıların diqqətinə çatdırmaqla Paşinyanın iddialarını alt-üst etdi. Ermənistanın baş naziri qeyri-ciddi, əsassız fikirləri ilə hər hansı bir tribunadan Azərbaycanı ittiham etməyə çalışsa da hər dəfə dövlət başçısı İlham Əliyevin reallıqları özündə əks etdirən, təkzibolunmaz faktlara söykənən, ən əsası müstəqil siyasətimizin nümayişi olan diplomatik cavabı ilə qarşılaşıb. “İki ildən artıqdır ki, sülh müqaviləsinin imzalanması təklifi masa üzərindədir. Ermənistanın baş naziri sülh müqaviləsinin imzalanması prosesini uzatmaq üçün nə qədər cəhdlər göstərsə də daim fakt qarşısında qalmasından dərs çıxarmaq istəmir, yenə də havadarlarına arxalanaraq ümidlərlə yaşayır. Cənab İlham Əliyevin “Zənnimcə, kürsüdən əsası olmayan ittihamlar üçün istifadə etmək lazım deyil” mesajı da Ermənistanın baş nazirinə tutarlı cavab oldu.
Görünür, Nikol Paşinyan 30 illik işğal dövründə quraşdırdıqları yalanlarla heç nəyə nail ola bilmədiklərini unudub. Təbliğat real faktlara, tarixi həqiqətlərə söykənəndə uzunömürlü, eyni zamanda, qəbul edilən olur. Ermənistan rəhbərinin sözügedən toplantıda iştirakçıların diqqətinə yalanları, Azərbaycanın Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsini yaratmasını öz maraqlarına uyğun çatdırması bir daha müstəqilliyi formal xarakter daşıyan bir dövlət üçün ədalət və beynəlxalq hüquq deyilən məfhumların olmadığını sübut etdi. Reallıq budur ki, Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yolu açıqdır. Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Moskva görüşü Azərbaycanın diplomatik uğurlarının davamıdır. Azərbaycan ədalətə və beynəlxalq hüquqa əsaslanan iddialarını tam şəkildə təmin etdi.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Elşən Əzizov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-12-2024