Gəncədə selin fəsadları aradan qaldırılır
Tarix: 26-05-2023 | Saat: 21:32
Bölmə:Özəl | çapa göndər
Məlum olduğu kimi, mayın 25-də axşam saatlarında intensiv yağışlarla əlaqədar Gəncə şəhərinin bəzi əraziləri subasmaya məruz qalıb.
aia.az xəbər verir ki, baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə gecə saatlarından etibarən zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb. Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi və Mülki müdafiə qoşunlarının qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun göstərişinə uyğun olaraq, şəhərin bütün kommunal təsərrüfat sahələrinin əməkdaşları da təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması işlərində xüsusi fəallıq göstərirlər.
Hazırda Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində fərdi yaşayış evlərinin zirzəmilərinə, həyətyanı sahələrə və digər ərazilərə dolmuş sel sularının nasoslar vasitəsilə çəkilərək kənarlaşdırılması, yollardan və həyətyanı sahələrdən lil qatının təmizlənməsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.
Azər Tağızadə
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-11-2024