Novruzəli Aslanov: “Cənab Prezident İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirakı ölkəmizin beynəlxalq nüfuzunun getdikcə yüksəldiyinin daha bir təsdiqidir”
Tarix: 26-05-2023 | Saat: 18:49
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər
“Azərbaycan Cənubi Qafqazda davamlı sülhün və inkişafın bərqərar olması üçün səylərini davam etdirir. O cümlədən mayın 25-də Ölkə Prezidenti cənab İlham Əliyevin Rusiyaya səfəri də bu istiqamətdə atılmış növbəti addım kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində dövlətimizin başçısı Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak edib. Əslində Azərbaycanın bu toplantıda məhz qonaq qismində iştirakı böyük hesabla şərti ifadə kimi səslənir. Məsələ bundadır ki, cənab Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, bu gün artıq 30 ildir ki, Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı uğurla inkişaf edir. Qurulmuş münasibətlərin səviyyəsi və xarakteri ciddi, dərin məna daşıyır. İqtisadi-ticari əlaqələr ardıcıl şəkildə inkişaf edir və bütün xalqlararası münasibətlərin möhkəmlənməsi istiqamətində irəliləyir. Təkcə bunu qeyd etmək yetərlidir ki, 2022-ci ildə Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında isə, qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Bütün bu göstəricilər əlbəttə ki, ölkəmizin həm coğrafi yerləşməsi, həm də dövlətimiz tərəfindən həyata keçirilən uğurlu xarici siyasətin nəticəsi olaraq mövcud potensialın reallaşdırılması, ortaya çıxan yeni imkanların düzgün dəyəndirilməsi sayəsində əldə edilir. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşməsi və əlbəttə ki, malik olduğu nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malik olan Azərbaycan hazırda on beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdirərək yükaşırmaların həcmi 25 milyon tona çatdırmağı planlaşdırır. Təbii ki, bu gün Azərbaycanın reallaşdırılması üçün xüsusi səy göstərdiyi strateji logistik layihələrdən biri də Zəngəzur dəhlizinin yaradılması ilə bağlıdır. Regional nəqliyyat şəbəkələrini daha da genişləndirəcək bu dəhliz Cənubi Qafqaz ölkələrinə mühüm imkanlar açacaq, Şimal-Cənub Beynəlxalq Dəhlizinin və Orta Dəhlizinin əhəmiyyətini artıracaq. Perspektivdə regional əməkdaşlıq bütün Cənubi Qafqazda sülhü davamlı və möhkəm edəcək, münaqişəsiz mühitin əhəmiyyətini önə çıxaracaq. Azərbaycanın regional siyasətindən əsas gözləntisi də budur. Yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşarsa və sülh sazişini imzalayarsa regional əməkdaşlıqdan ciddi iqtisadi qazanc əldə edə bilər. Cənab Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi öz aktuallığını qoruyur və münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında real imkanlar yaranıb.”
Bu sözləri AİA.Az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Deputat həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın toplantının gedişində səsləndirdiyi absurd fikirlərin sülh danışıqlarının gedişinə yalnız mane ola biləcəyini vurğulayaraq bunları deyib: “Ermənistan hökuməti son vaxtlar bir tərəfdən ölkəmizin ərazi bütövlüyünü tanıdığını və Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu təsdiq edən bəyantlar səsləndirməklə artıq sülh sazişini imzalamağa yaxın mövqelərdə durduğunu nümayiş etdirir. Digər tərəfdən isə, bu ölkənin baş naziri hələ də beynəlxalq ictimaiyyətdə Azərbaycanla bağlı yanlış rəy formalaşdırmaq kimi cəhdlərindən əl çəkə bilmir. Hətta bu cəhdlərin onun özünü gülünc vəziyyətlərə salmasına rəğmən Paşinyan ölkəmizə qarşı əsassız ittihamlar irəli sürməkdə davam edir. Bu baxımdan Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası da istisna olmadı. Ermənistanın baş naziri əvvəlcə Azərbaycanı Laçın-Xankəndi yolunu bağlamaqda ittiham etməyə çalışdı. Sonra da cənab Prezident İlham Əliyevin öz çıxışında səsləndirdiyi “dəhliz” ifadəsini təhrif olunmuş formada, beynəlxalq siyasi terminologiyada qəbul olunduğundan tam fərqli şəkildə interpretasiya edərək, Azərbaycanı Ermənistanın ərazilərinə göz dikməkdə günahlandırmağa cəhd göstərdi. Əlbəttə ki, bütün bunlar əsassız, absurd ittihamlardır və hər bir halda Paşinyanın bu sahədə səriştəsizliyini nümayiş etdirərək, Ermənistan hökumətinə baş ucalığı gətirmir.”
Daha sonra N.Aslanov Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibərlərdən bəhs edərək bunları deyib: “Bu gün Azərbaycan ilə Rusiya arasında münasibətlər yüksək səviyyədədir və ardıcıl olaraq, bərabərhüquqlu prinsiplərlə, bir-birinin maraqlarını nəzərə almaqla inkişaf edir. Xüsusi olaraq qeyd olunmalıdır ki, Rusiya Prezidenti Vladimir Putinin Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı dediyi sözlər, həmçinin bu yubileyin Rusiyada layiqincə qeyd edildiyini vurğulaması həm Azərbaycana, həm də Ümummilli Liderimizin əziz xatirəsinə sonsuz hörmət və ehtiramın ifadəsi kimi qiymətləndirilməlidir. Diqqətəlayiq haldır ki, Ulu Öndərimizin 100 illik yubileyi ilə bağlı təntənəli tədbirlər həm paytaxt Moskavada, o cümlədən Dövlət Dumasında və Federasiya Şurasında, həm də Rusiya Federasiyasının müxtəlif regionlarında keçirilib. Həmçinin cənab Prezident İlham Əliyev də öz çıxışında Azərbaycan ilə Rusiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Qeyd olundu ki, həm Müstəqil Dövlətlər Birliyinin, həm də digər beynəlxalq təşkilatların platformalarında ikitərəfli əməkdaşlıq formatı uğurla inkişaf edir. Bütün bunlar bir daha Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil xarici siyasət kursunun effektivliyindən xəbər verir. Azərbaycan öz beynəlxalq mövqelərini getdikcə möhkəmləndirir və bu proses birbaşa xalqın və dövlətin mənafelərinə xidmət edir”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər