Mobil versiya
Gədəbəy rayonunda 28 May - Müstəqillik Günü ilə bağlı dəyirmi masa keçirilib -Fotolar
Tarix: 26-05-2023 | Saat: 15:40
Bölmə:Özəl | çapa göndər

Gədəbəy rayonunda 28 May - Müstəqillik Günü ilə bağlı dəyirmi masa keçirilib

AİA.Az xəbər verir ki, 26 may 2023-ci il tarixində YAP Gədəbəy rayon təşkilatının Gədəbəy Elektrik Şəbəkəsi ərazi partiya təşkilatında Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin 105 illiyinə həsr edilmiş “Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” adlı dəyirmi masa keçirildi.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının süverenliyi və ərazi bötüvlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Gədəbəy Elektrik Şəbəkəsinin rəisi Aqil Novruzov bildirdi ki, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gün olduğunu diqqətə çatdırdı. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub. Ulu öndər Heydər Əliyev demişdi: “ Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyduq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli bir vəzifə düşübdür. Güman edirəm ki hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaqdır” 1918-ci ilin 28 May günü Azərbaycan tarixində yeni və silinməz səhifə açımışdır. 105 il bundan əvvəl qurulmuş Xalq Cümhuriyyətinin varisi olan Müstəqil Azərbaycan Respublikası bu gün dünyada özünəməxsus inkişaf yolu ilə seçilən dövlətlərindən birinə çevrilmişdir.
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı Anar Məmmədov çıxışında bildirdi ki,Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Azərbaycan Xalq Cumhuriyyətinin siyasi varisi olan Azərbaycan Respublikasında xalqın çağrışı ilə Ümummilli lider Heydər Əliyev ikinci dəfə həkimiyyətə gəlməsi ilə çiçəklənmə dövrünə qədəm qoydu. Ulu öndər Heydər Əliyev dəfələrlə bildirmişdir ki, “Biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Azərbaycan Xalq Cumhuriyyətinə borcluyuq”. Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış xarici siyasət, eləcə də, 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı azad olunması, postmüharibə dövrünün reallıqlarının müxtəlif beynəlxalq platformalarda qəbul edilməsi vətənimizin gələcəkdə də böyük uğurlara imza atmasını müəyyən edib.
Sonda xatirə şəkli çəkdirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024