Bu gün Gürcüstan Müstəqillik Gününü qeyd edir
Tarix: 26-05-2023 | Saat: 11:40
Bölmə:Karusel / Özəl / Dünya | çapa göndər
Bu gün, 26 may tarixində, Gürcüstan Müstəqillik Gününü qeyd edir.
AİA.Az xəbər verir ki, Milli Şuranın qərarı ilə 26 may 1918-ci ildə Gürcüstan müstəqil bir respublika elan edilib.
Noe Jordania Respublikanın sədri seçilib. 26 may 1918-ci ildə "Gürcüstan Dövlət Müstəqillik Aktı" qəbul edilib. Müstəqilliyi qabaqcıl Avropa ölkələri tərəfindən tanınan Gürcüstan Demokratik Respublikası Sovet Rusiyası tərəfindən işğal edildikdən üç il keçməmiş mövcudluğunu dayandırıb.
Gürcüstan 70 ildən sonra, 9 aprel 1991-ci ildə müstəqilliyini bərpa edə bilib.
Bu gün Tbilisidə Azadlıq Meydanında Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçiriləcək.
Tədbirin rəsmi hissəsində Gürcüstanın rəsmi şəxsləri və diplomatik korpusun nümayədələri iştirak edəcəklər.
Tədbirlər çərçivəsində hərbi texnika sərgilənəcək, hərbi xidmətə çağırılanların təntənəli andiçmə mərasimi olacaq.
Dövlət bayramı Gürcüstanın bölgələrində də müxtəlif idman, əyləncəli və maarifləndirici tədbirlərlə qeyd olunacaq.
AİA.Az
Sübhan Məmmədov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-01-2025
11-01-2025
10-01-2025