Mobil versiya
Aslanlar və qartallar yuvası
Tarix: 25-05-2023 | Saat: 15:02
Bölmə:Özəl | çapa göndər

Aslanlar və qartallar yuvası

“ Əkrəm Xürrmi saçından dırnağa qədər vətənpərvər şairdir. Gözəlliyin vurğunudur. Onun heç bir misrası belə adidən yaranmayıb. Dolğundur, düşündürücüdür və insanı düşünməyə yönəldir... Şair hansı mövzuda yazırsa yazsın. İstər öz doğulub boya-başa çatdığı Lerik haqqında, istərsə də Azərbaycan haqqında qələmə aldığı digər şerlər buna gözəl nümunədir.” Mən bu səmimi fikirləri “Aslanlar və qartallar yuvası” kitabdan götürmüşəm.
Dağlar diyarının şair oğlu Əkrəm Xürrəmi imzasının sözün dəyərini bilən, ona sevdalanan yaradıcı insanların qəlbində öz yeri vardır. Qələmə aldığı şerlər oxucu tərəfində həvəslə qarşılanır, sevə-sevə oxunur. Mütəmadi olaraq dövrü mətbuatda şairin şerləri dərc olunur. Hər dəfə də Əkrəm Xürrəmini oxuyanda adamın xəyalında odlar diyarı, dahilər beşiyi, igidlər yurdu Azərbaycanın min illərə söykənən milli-mənəvi dəyərləri canlanır.
Şairin yeni kitabı işıq üzü görmüşdür. Nəfis tərtibatlı, “Aslanlar və qartallar yuvası” adlanan bu kitabda əsasən şairin son illərdə vətənpərvərlik, eləcə ictimai mövzuda yazdığı şerlər toplanıb. Bunların içində Qarabağ, Xocalı, şəhidləri haqqında bir-birindən dəyərli şerləri də vardır.
Kitabı oxuduqdan sonra bir daha əmin oldum ki, Vətənini, torpağını sevən şairin “ Aslanlar və qartallar yuvası” oxucuların ürəyindən xəbər verər.
Əkrəm Xürrəmiyə yeni yaradıcılıq uğurları arzulayıb onu da demək istəyirəm ki, Lerik camaatının əzizi, bu dəyərli ağsaqqal söz sərrafı olmaqla bərabər, həm də bir neçə ildir “Rəfte” rəqs kollektivin üzvüdür. Rayonda mədəni-kütləvi tədbirlərin təşkilində, folklorumuzun öyrənilməsində fəallıq göstərir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024