İKİ ÖLKƏ ARASINDA SƏMİMİ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ MÖVCUDDUR
Tarix: 24-05-2023 | Saat: 16:42
Bölmə:Özəl | çapa göndər
Son illər Azərbaycanın dünya miqyasında nüfuzu artmaqda, beynəlxalq əlaqələri genişlənməkdədir. Cənab Prezident İlham Əliyevin müxtəlif ölkələrə ardıcıl səfərləri və ayrı-ayrı dövlətlərin başçılarının Azərbaycana səfərləri bunun bariz nümunəsidir. Eyni zamanda, Azərbaycanın rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı layihələr ölkəmizə marağı getdikcə artırır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Litva Respublikasına rəsmi səfəri ölkəmizin xarici əlaqələrinin coğrafiyasının genişlənməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Belə ki, səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsi və mühüm sənədlərin imzalanması nəzərdə tutulur. Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir (20 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. 2007-ci ilin aprelində Litvanın Azərbaycanda, həmin ilin sentyabrında isə ölkəmizin Litvada səfirliyi açılıb. Azərbaycan və Litva strateji tərəfdaşlardır. İki ölkə arasında indiyədək 41 sənəd imzalanıb. Həmin sənədlər içərisində 2007-ci il sentyabrın 13-də Vilnüsdə imzalanmış “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə” xüsusi yer tutur. Azərbaycan, eyni zamanda, Litva üçün Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində çox önəmli ölkə, həmçinin bütün İttifaq üçün strateji enerji tərəfdaşıdır. Litva Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının təşviqinə fəal töhfə verən ölkələrdən biridir. Azərbaycanın Avropa İttifaqı üçün önəminin daha bir nümunəsi qurumun 9 üzv ölkəsi ilə artıq strateji tərəfdaşlıq haqqında bəyannamə imzalamasıdır. Bu, üzv dövlətlərin üçdəbiri deməkdir.
Azərbaycan Avropa İttifaqının Tvinninq proqramı üzrə Litvanın ən yaxın tərəfdaşlarından biridir. 2007-2022-ci illərdə Litva Azərbaycanda keçirilən 26 layihə seçimində iştirak edib və onlardan 17-sində qalib gəlib. Ümumi dəyəri 20 milyon avro olan bu layihələrdən 12-si artıq reallaşdırılıb, 5-i isə icra mərhələsindədir. Qeyd edək ki, bu səfər cənab Prezident İlham Əliyevin Litvaya sayca 4-cü səfəridir. Bundan əvvəl Azərbaycanın dövlət başçısı Litvaya bir rəsmi və iki işgüzar səfərlər edib. Rəsmi səfər 2007-ci il sentyabrın 13-14-də, işgüzar səfərlər isə Vilnüs Enerji Təhlükəsizliyi Konfransı ilə əlaqədar 2007-ci il oktyabrın 10-11-də, Şərq Tərəfdaşlığı Sammiti ilə bağlı isə 2013-cü il noyabrın 29-da reallaşıb. Cənab Prezident İlham Əliyevin budəfəki səfəri zamanı litvalı həmkarı Gitanas Nauseda, həmçinin bu ölkənin Baş naziri İnqrida Şimonite ilə görüşlərinin, mühüm sənədlərin imzalanması mərasiminin və biznes forumun keçirilməsi nəzərdə tutulur. İki ölkənin rəhbərləri, həmçinin mətbuata bəyanatlarla çıxış edəcəklər. Ümumiyyətlə, səfərin proqramının kifayət qədər geniş olması onun əlaqələrimizin daha da genişlənməsinə mühüm təkan verəcəyini deməyə ciddi əsas verir.Son bir ildə həyata keçirilmiş yüksək səviyyəli təmaslar - 2022-ci il mayın 17-19-da Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri, 2023-cü il yanvarın 18-də Davosda keçirilmiş görüş və hazırkı rəsmi səfər iki ölkə arasında gücləndirilmiş siyasi dialoqun mühüm göstəriciləridir. Bundan əlavə, 2008-ci il aprelin 21-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında iqtisadiyyat, sənaye və enerji sahələrində əməkdaşlıq haqqında Saziş”ə əsasən, ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya təsis olunub.
Komissiyanın həmsədrləri iki ölkənin xarici işlər nazirləridir. Komissiyanın 7-ci iclası bu ay - mayın 8-də Vilnüsdə keçirilib.Azərbaycan ilə Litva arasında qarşılıqlı maraqlara, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətləri getdikcə inkişaf edir, yüksək səviyyəli rəsmi təmaslar, səfərlər intensivləşir, mütəmadi görüşlər münasibətlərin inkişafına töhfə verir.Azərbaycan və Litva arasında hərtərəfli əməkdaşlığın dərinləşdirilməsini zəruri edən başlıca amillərdən biri məhz ölkələrimiz arasında tarixən formalaşmış iqtisadi əlaqələrdir. Sovetlər birliyinin süqutundan sonra bu əlaqələr qırılmış, nəticədə hər iki ölkənin iqtisadiyyatına ciddi ziyan dəymişdi. Sonradan keçmiş münasibətlərin bərpa edilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi əməkdaşlıq üçün yeni imkanlar açmışdır. Son illərdə isə Azərbaycan-Litva münasibətləri yeni müstəviyə qədəm qoymuş, iqtisadi-siyasi, humanitar və texniki sahələrdə əlaqələr genişlənmişdir. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında münasibətlərin inkişafına güclü təkan vermişdir. Yüksək səviyyəli rəsmi səfərlər, aparılmış danışıqlar, ölkələrimiz arasında imzalanmış ikitərəfli sənədlər və əldə olunmuş nəticələr iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyindən xəbər verir.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aqşin Əliyev
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-11-2024
04-11-2024