Gəncədə güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılır -Foto
Tarix: 24-05-2023 | Saat: 16:35
Bölmə:Özəl | çapa göndər
Mayın 23-də axşam saatlarında Gəncədə güclü küləklə müşahidə olunan leysan xarakterli yağışın yağması şəhər ərazisində bir sıra fəsadlara yol açıb.
AİA.Az xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində, Əttarlar, X.Xasməmmədov və digər küçələrində 20-yə yaxın iri, orta və xırda gövdəli ağac aşıb. Şəhərin mərkəzi hissəsindəki yol kənarlarında olan məhəccərlərə ciddi ziyan dəyib.
Təbii fəlakətdən dərhal sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına əsasən, axşam saatlarından etibarən Gəncə şəhər MKT İB-nin canlı qüvvəsi və texnikaları vasitəsilə yağıntıyla müşayiət olunan güclü küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb. İlkin mərhlədə kökündən qopan və qırılan ağacların doğranaraq ərazidən daşınması təmin edilib. Aşma ehtimalı olan 20-dən artıq ağac tam və ya qismən zərərsizləşdirilib, ağacların təhlükə yaradan budaqları kəsilib. Yol kənarlarında olan məhəccərlər təmir olunub.
Güclü küləklə müşahidə olunan yağıntının yol açdığı fəsadların bu günün sonunadək tam aradan qaldırılması planlaşdırılır.
Azər Tağızadə
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024