Rusiyada səssiz saat tətbiq ediləcək Səs salanlar cərimə ediləcək
Tarix: 24-05-2023 | Saat: 10:40
Bölmə:Karusel / Özəl / Dünya | çapa göndər
AİA.az rus mətbuatına istinadla xəbər verir ki, Rusiyada gündüz sükutu pozmağa görə cərimə tətbiq etmək təklifləri reallaşmaq üzrədir. Bu barədə daxili işlər naziri Vladimir Kolokoltsevin sədrliyi ilə hüquqpozmaların qarşısının alınması üzrə hökumət komissiyasının qərarında deyilir. Yeni cəzanın aktuallığı COVID-19 pandemiyası zamanı rusların əhəmiyyətli hissəsinin uzaqdan işə keçməsi ilə izah olunur. Bu təşəbbüs Dövlət Dumasında, eləcə də bəzi subyektlərin rəhbərləri tərəfindən dəstəklənir. Lakin ekspertlərin fikrincə, yeni məhdudiyyətlər diqqətlə tətbiq edilməlidir, çünki bu, mövcud balansı poza və münaqişəli vəziyyətlərin sayını artıra bilər.
Komissiyaya Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək Nazirliyi, Müdafiə Nazirliyi rəhbərlərinin birinci müavinləri, Federal Vergi Xidməti, Federal Penitensiar Xidmət və digər şöbələr daxildir.
“İzvestiya”nın yayımladığı sənəddə deyilir: “Gündüzlər yaşayış binalarında vətəndaşların dincliyini və sakitliyini pozmağa görə inzibati məsuliyyətin müəyyən edilməsi məsələsi aktualdır”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-11-2024