Mobil versiya
Lukaşenko xəstəliyi ilə bağlı məlumatı şərh edib
Tarix: 24-05-2023 | Saat: 10:28
Bölmə:Karusel / Özəl / Dünya | çapa göndər

Lukaşenko xəstəliyi ilə bağlı məlumatı şərh edib

“Əgər kimsə mənim öləcəyimi düşünürsə, sakitləşsion. Sakit olun. Bu, messencerlərdə və Telegram kanallarında boş fikir yürütməkdən başqa bir şey deyil. Adenovirus və ya orada nə var idi?, - deyə Belarusun dövlət başçısı çərşənbə axşamı səhiyyə məsələləri ilə bağlı müşavirədə bildirib.
Lukashenka bildirib ki, onun çox sıx qrafiki var: “Müalicə olunmaq imkanım yox idi, sonra Moskvaya getməliydim, sonra iməciliklərə, sonra Qrodnoya, sonra Qomelə, bütün bunlar yığılıb qaldı. Ona görə də mən ölməyəcəm, uşaqlar. Siz hələ çox uzun müddət mənimlə əziyyət çəkəcəksiniz "deyib.

Qələbə günü Lukaşenko Moskvadakı paradda idi. Minskə qayıdan prezident Qələbə meydanında əklil qoyma mərasimində iştirak edib, lakin çıxış etməyib, onun adından bunu Belarusun müdafiə naziri Viktor Xrenin edib. Daha sonra Lukaşenko da mayın 14-də ölkənin Bayrağı, Gerbi və Himni gününün qeyd olunması mərasimində iştirak etməyib. Rəsmi olaraq respublikanın hakimiyyət orqanları Lukaşenkonun iştirak etməməsinin səbəbini şərh etməyiblər. Dövlət başçısı mayın 15-də səhhətinin pis olması ilə bağlı şayiələr yayıldıqdan sonra Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının mərkəzi komanda məntəqəsinə gedərək ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-11-2024