Şirvan şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi təntənəli şəkildə qeyd olundu -Fotolar
Tarix: 23-05-2023 | Saat: 15:23
Bölmə:Parlament / Özəl | çapa göndər
AİA.Az xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin, Şirvan şəhər Təhsil Sektorunun və ATİAHİ -nın təşkilatçılığı ilə Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə , Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Rövşən Allahverdiyev, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzüb, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Tədbirin açılışında Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Rövşən Allahverdiyev müasir Azərbaycan tarixindən söhbət düşəndə ilk öncə gözümüzün önündə bütün həyatını xalqının xoşbəxtliyinə həsr edən Heydər Əliyevin canlandığını, özünün dediyi kimi azərbaycanlı olması ilə daim qürur duyan bu böyük şəxsiyyətin həyatının böyük hissəsinin ölkəmizin tərəqqisi naminə apardığı mübarizəyə həsr olunduğunu ,dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynadığ barəsində geniş məruzə ilə çıxış etdi.
YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov bildirdi ki, Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bütün sahələrə, o cümlədən elm və təhsilə diqqət və qayğı daha da artırıldı. Bu təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir.
Məhz buna görə də ümummilli liderimizin rəhbərliyi ilə respublikamızın iqtisadi potensialının gücləndirilməsi, elm və təhsilin inkişafı ilə paralel aparılırdı. Heydər Əliyevin rəhbərliyi dövründə illər Azərbaycanın tarixinə elmin və təhsilin tərəqqi dövrü kimi daxil oldu. Təkcə paytaxtımızda deyil, respublikamızın ucqarlarında da yüzlərlə məktəb, mədəniyyət evi, kitabxana, uşaq bağçası tikildi. Bütün sahələrində görünməmiş uğurlar qazanıldı.
Tədbir çərçivəsində ümummili lider Heydər Əliyevin həyat və fəaliyyətindən ilhamlanaraq şagirdlər tərəfindən hazırlanmış müxtəlif rəsm əsərləri və dekorativ-əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Daha sonra şagirdlərin ifasında şeirlər səsləndirilib, mahnılar ifa olunub, səhnəciklər nümayiş edilib, rəqs nümunələri göstərilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024
27-12-2024