23 may şəhid Elçin Sarvan oğlu Əliyevin doğum günüdür
Tarix: 23-05-2023 | Saat: 13:27
Bölmə:Özəl | çapa göndər
Ürəklərdə yaşayan qəhrəman
İkinci Qarabağ müharibəsində torpağı qani ilə Vətən edən qəhrəman oğlanlardan bir də Elçin Sarvan oğlu Əliyevdir. Yardımlı rayonunun Kürəkçi kəndində dünyaya göz açmış Elçinin Vətən sevgisi, doğma diyara sonsuz məhəbbəti canından, qanından gəlirdi. Odur ki, həyatı dərk edən gündən yağı düşmənə əsir düşən yurdunun azadlığı onun ən böyük arzusu olur. Və 2020-ci ildə 25 yaşında Vətən, millət yolunda canını qurban verməklə bu arzusuna çatır. Onun tərkibində döyüşdüyü Azərbaycan ordusu qəhrəmanlıq salnaməsını yazaraq xalqımıza şanlı qələbə sevincini bəxş etdi. Elşən də bu qələbənin qazanmasında yaşına sığmayan rəşadət və şücaət göstərərək odlar yurdu, müdriklər beşiyi Azərbaycana bir şərəf, bir şan oldu. Zaman-zaman gələn nəsillər də onun şərəfli, parlaq ömür yoluna Vətənə, torpağa sədaqət rəmzi kimi baxarlar.
Sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlanan günü Elçin Əliyev ön cəbhəyə yollanır. Torpaq qeyrəti, Vətən namusu haqq savaşımızda Elçini döyüşün ən qaynar yerində sınağa çəkir. Olduğu müharibə meydanında erməni dığalarının çoxlu sayda canlı qüvvəsini, texnikasını məhv etməklə ondan ürəyincə qisas almağı bacarır. Qarabağın hər qarışı uğrunda canından keçməyə hazır olan qəhrəman əsgər qanlı-qadalı vuruşlardan qalib çıxmaqla döyüş yoldaşlarını da qələbəyə doğru aparır.
Elçin Əliyev Füzulidə gedən ağır, qeyri-bərabər döyüşdə qorxmadan, çəkinmədən polad sinəsini Vətənə tuşlanan güllələrə sipər edir. Bununla da Azərbaycanın daha bir cəsur, igid oğlu ölməzliyə qovuşur. Bu müqəddəs ölümlə milyonların qəlbinə köç edən Elçin dövlət tərəfindən isə “Vətən uğrunda” medala layiq görülür.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-12-2024