Mobil versiya
İSTİQLAL BӘYANNAMӘSİ
Tarix: 23-05-2023 | Saat: 12:41
Bölmə:Özəl | çapa göndər

İSTİQLAL BӘYANNAMӘSİ

Ümummilli lider Heydər Əliyev:
"Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. Bəyannamədə elan edilmiş prinsiplər - Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hiiquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipləri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdı".



Azərbaycanın İstiqlal Bəyannaməsi  - 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən tərtib olunmuş və imzalanmış Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillyini rəsmən elan edən sənəddir.
İstiqlal bəyannaməsi bütün türk-müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılacağından xəbər verirdi.
1918-ci ilin 28 mayında Tiflisdə Qafqaz Canişin sarayının ikinci mərtəbəsindəki böyük salonda keçirilən ilk iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edilib və Azərbaycanın 6 bənddən ibarət “Milli İstiqlal Bəyannaməsi” imzalandı.
Azərbaycan Milli Şurasının İstiqlal bəyannaməsində deyilirdi:
Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət hüququna malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan biitiin vətəndaşlarına siyasi hiiquqlar və vətəndaşlıq hüququ təmin edir.
Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şııra qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cənablarının tapşırığı ilə tariximiz üçün çox vacib olan bu sənədin Azərbaycan və fransız dillərində orijinal nüsxələri əldə edilmiş, Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır.

Mayil Əliyev
YAP Cəbrayıl rayon Təşkilatının partiya fəalı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024