Vyetnamda sosial şəbəkə iştirakçılarına eyniləşdirmə kodu veriləcək
Tarix: 22-05-2023 | Saat: 15:11
Bölmə:Özəl / Dünya | çapa göndər
Vyetnam hakimiyyəti sosial şəbəkələrin istifadəçiləri üçün məcburi identifikasiya tətbiq etmək niyyətindədir. Yeni qanun barədə ölkənin informasiya nazirinin müavini Nquyen Than Lama istinadən “Den Tri” nəşri məlumat yayıb.
Than Lamın sözlərinə görə, bu ilin sonuna qədər ölkədə onlayn məlumatlardan istifadəni tənzimləyən yeni qaydalar müəyyən ediləcək. Belə ki, həm yerli, həm də xarici sosial şəbəkələrin istifadəçilərindən (YouTube, TikTok və digərləri) səhifəyə daxil olarkən özlərini təqdim etmələri tələb olunacaq və bunu etməyən hesablar bloklanacaq.
Nazir müavini əlavə edib ki, bu, Vyetnam qanunlarının pozulmasının və sosial şəbəkələrdən istifadə edərək saxtakarlığın qarşısını almaq üçün lazımdır.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-11-2024