Mobil versiya
Danimarkada işsiz və təhsilsiz gənclərin dayı artıb
Tarix: 22-05-2023 | Saat: 11:30
Bölmə:Karusel / Özəl / Dünya | çapa göndər

Danimarkada işsiz və təhsilsiz gənclərin dayı artıb

Bunu Danimarka Statistikasının yeni məlumatlarına əsaslanan Əmək Hərəkatının Biznes Şurasının təhlili göstərir ki, 2022-ci ilin sentyabr ayında ölkədə təxminən 43.000 işsiz və təhsilsiz gənc olub. Bu, əvvəlki üç illə müqayisədə daha çoxdur.

İşçi Hərəkatının Biznes Şurasının baş analitiki Emilie Agner Damm deyir ki,ölkədə kifayət qədər cəlbedici əmək bazarının olmasına baxmayaraq, işsiz gənclərinin sayının artması təəccüblüdür. Onun sözlərinə görə, artıma nəyin səbəb olduğunu dəqiq müəyyən etmək çətindir.
Ekspert həmçinin qeyd edib ki,problemin həlli istiqamətində atılması zəruri olan addımlardan biri də ibtidai məktəblərin gücləndirilməsidir. Bu məqsədlə ki, daha çox insan məktəbi yaxşı bacarıqlarla tərk etsin. “Təhlil göstərir ki, 2016-cı illə müqayisədə təhsili olmayan gənclərin daha çox hissəsi işlə təmin olunsa da, eyni zamanda təhsil prosesində olan gənclərin sayı azalıb”, - ritzau yazır.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə