Mobil versiya
Oleq Sıromolotovu vəzifəsindən uzaqlaşdırdı
Tarix: 19-05-2023 | Saat: 16:00
Bölmə:Özəl / Dünya | çapa göndər

Oleq Sıromolotovu  vəzifəsindən uzaqlaşdırdı

Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin Terrorla mübarizə məsələləri üzrə rəis müavini Oleq Sıromolotovu vəzifəsindən azad edib.

Müvafiq fərman hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

Sənəddə deyilir ki, fərman imzalandığı gündən - mayın 19-dan qüvvəyə minir. Oleq Sıromolotovun işdən uzaqlaşdırılmasının səbəbləri açıqlanmayıb. Həmçinin xarici işlər nazirinin müavini postunu kimin tutacağı barədə də məlumat verilməyib.

Qeyd edək ki, Oleq Sıromolotov 2015-ci ilin martında Rusiya Xarici İşlər Nazirliyinin Terrorizmlə mübarizə məsələləri üzrə rəhbərinin müavini təyin edilib. Bundan əvvəl o, 2004-2015-ci illərdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatına rəhbərlik edib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024