Mobil versiya
Masallıda yubiley tədbiri -Foto
Tarix: 19-05-2023 | Saat: 14:33
Bölmə:Özəl | çapa göndər

Masallıda yubiley tədbiri

AİA.Az xəbər verir ki, “Masallı Gənclər Evi” Sosial Xidmət Müəssisəsində Masallı Dövlət Regional Kollecinin təşkilatı dəstəyi sayəsində baş tutan tədbir ictimai-siyasi xadim İltifat Ağaverdi oğlu Məmmədovun 80 illik yubileyinə həsr edilmişdi.
“Masallı ziyalıları” İctimai Birliyin sədri Qardaş Fətullayev  tədbiri açıb Masallı rayonunda yüksək vəzifələrdə çalışan mərhum İltifat Məmmədov haqqında qonaqlara geniş məlumat verdi.  Sonra İ. Məmmədovun ictimai-siyasi fəaliyyətindən, mənalı həyat yolundan və yaradıcılığından bəhs edən , “Nur” studiyasının istehsalı, ideya müəllifi Günay Məmmədova, ssenari müəllifi Cəfər Cəfərov, Quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzə olan  “Ləyaqət işığında” sənədli filmi göstərildi. 
Yazıçı-publisist Nurəddin Ədiloğlunun İltifat Məmmədov haqqında yazdığı “Ölməzlik haqqı” kitabının təqdimatı da maraqla qarşılandı. Kitabda İ. Məmmədovun doğmalarının, dostlarının, onu sevənlərin ürək sözləri, xatirələri toplanıb. Müəllif öz yaradıcılıq ənənələrinə sadiq qalaraq qəhrəmanının obrazını oxuculara daha dəqiq çatdırmaq üçün esse vari düşüncələrdən, maraqlı fraqmentlərdən və bədii-sənədli ştrixlərdən istifadə edib.  Kitabın ideya müəllifi yubilyarın gəlini, Masallı Dövlət Regional Kollecinin müəllimi Günay Məmmədova, redaktoru isə kollecin direktoru Vidadi Nəzərovdur. 
 
Yenidən söz çıxışlara verildi. Danışanlar İltifat Məmmədov barəsində xatirələrini bölüşüb, maraqlı ekran əsərinin və kitabın ərsəyə gəlməsində zəhməti olanlara minnətdarlıq etdilər.  
Tədbirin yekununda isə 80 yaşı qeyd edilən mərhum yubilyarın oğlu Bəhruz Məmmədov söz alıb atasının xatirəsini əziz tutub tədbirdə iştirak edənlərə öz səmimi təşəkkürünü bildirdi.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024